21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan AzerSat milli rabitə peykinin kosmosa buraxılması üçün icarəyə iki qlobal orbital mövqe götürməyi planlaşdırır. Bu barədə jurnalistlərlə söhbətdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
“Hazırda bizim üçün əsas məsələ effektiv orbital mövqeyin əldə edilməsidir. Bizdə olan orbital mövqelər ölkə daxilində istifadə oluna bilər. Bu səbəbdən də biz artıq iki ildir ki Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə qlobal orbital mövqeyin əldə edilməsi üzrə məsələ üzərində işləyirik. Bununla əlaqədar artıq bir neçə ölkələrlə memorandumlar imzalanıb və yaxın gələcəkdə icarəyə iki qlobal orbital mövqe götürəcəyik”, - deyə nazir qeyd edib.
Bundan əvvəl bildirilmişdir ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Türkiyənin Turksat şirkəti ilə, Azərbaycanın AzerSat rabitə peykinə orbital mövqeyin istifadə olunma hüquqlarının təqdim olunmasına dair əməkdaşlıq protokolu imzalanmışdır.
RİTN 2010-cu ilin I yarımilliyində özünün AzerSat rabitə peykini kosmosa buraxmaq niyyətindədir.
2007-ci ilin mart ayında Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqına AzerSat milli rabitə peykinin buraxılmasına dair təkliflər təqdim etmişdir. Layihənin məbləği 80-100 milyon ABŞ dolları təşkil edir, maliyyə mənbələri isə hələ ki müəyyən olunmayıb.
İlkin mərhələdə həmin layihənin dövlət vəsaiti hesabına maliyyələşəcəyi, sonra isə öz xərcinin ödənilməsinə çıxarılacağı nəzərdə tutulur. Peykin istismar müddəti 15 il müəyyən olunub, xərclər isə 3-5 ilə ödəniləcək.
Azərbaycan öz peykinin 20-25% resurslarını istifadə etmək niyyətindədir. Qalan resurslar isə digər ölkələrin operatorlarına satılacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərinin fikrincə, milli peykin olması keyfiyyətli və davamlı rabitənin, teleyayımın təşkilinə və kanalların sayının artırılmasına imkan yaradacaq. Əgər AzerSat peyki Avropa ərazisini əhatə edərsə, bu zaman Azərbaycan Avropa və Asiya kanallarının yayımı üzrə tranzit ölkə kimi çıxış edə bilər.