İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yerli qəzetlər və xəbər portalları niyə haker hücumu qarşısında acizdir?

02.12.2009 [19:05]

Fontu böyüt:      


Məlum olduğu kimi, son vaxtlar milli qəzet saytları, xəbər portalları tez-tez haker hücumuna məruz qalır. Məsələn, bir neçə gün öncə hakerlər lent.az saytına hücum edərək, onun arxvini dağıdıblar. Daha öncə eyni problemi bir neçə dəfə mediaforum.az saytı yaşayıb. Hətta bu hücumlara görə saytın arxivinin bir hissəsi tamamilə dağılıb. Qəzetimizin saytı da zaman-zaman naməlum hakerlərin hücumuna məruz qalır. Maraqlıdır, 21-ci əsrdə KİV-lər niyə öz elektron təhlükəsizliyini təmin edə bilmir? Nəticədə arxivini, eləcə də istifadəçilərinin də kompyuterini təhlükə qarşısında qoyur?

Bu sualla öncə "Yeni Müsavat"ın  texniki direktoru Cavid Sərxanbəyliyə müraciət etdik. Müsahibimiz söylədi ki, bu problemin yaranması ilk növbədə saytın strukturu ilə bağlıdır. Onun sözlərinə görə, saytın arxivinin dağılmaması üçün lazımi tədbirlər öncədən görülməlidir: “Məsələn, ”Yeni Müsavat"ın arxivi 2 serverdə saxlanılır. Ona görə də sayta hücum olacağı təqdirdə onun ancaq bir aylıq arxivi itə bilər. Qəzetin, saytın elektron versiyasını iki bazada saxlamaq daha təhlükəsizdir. Amma milli mətbuatda bu problemin tez-tez yaşanmasına səbəb onların öz arxivlərini bir qayda olaraq yerli provayderlərdə saxlamalarıdır".

C.Sərxanbəyli dedi ki, ümumiyyətlə, haker hücumundan sığortalanmaq mümkünsüzdür. Onun sözlərinə görə, sutka ərzində fəaliyyət göstərən sayta arzuedilməz hücumlar hər dəqiqə baş verə bilər: “Hakerlərin kimliyini ancaq Milli Təhlükəsizlik Nazirliyi müəyyənləşdirə bilər. Bütün dünyada kompyuter satışları nəzarət altındadır. Onların bəlli kodları var və haker hücumu hansı kompyuterdən edilibsə, güc və təhlükəsizlik xidmətləri onu asanlıqla müəyyənləşdirə bilərlər. Bu müddətdə isə saytlar öz üzərlərinə düşən bütün təhlükəsizlik işlərini həyata keçirməlidilər”.

mediaforum.az saytının baş redaktoru Azər Qaraçənli də hesab edir ki, hakerlərin hücumlarından ən effektli qorunma yolu onların üzə çıxarılıb cəzalandırılmasıdır. Onun sözlərinə görə, bu əməlləri həyata keçirənlərin güclü biliyə sahib olması lazımdır: “Bəzən hansısa orta məktəb şagirdi bankın saytına hücum edir. Amma lazımi strukturlar onu dərhal tapıb müəyyənləşdirirlər. Haker hücumunun qarşısını tam almaq mümkün deyil. Sadəcə, texniki imkanlar var ki, onun kimliyini müəyyənləşdirib, alternativ tədbirlər görülsün. Amma bizdə mətbuata qarşı edilən haker hücumunun araşdırılması, günahkarların cəzalandırılması təcrübəsi olmayıb. Xatırlayırsınızsa, AZAL-ın şəbəkəsinə daxil olub, bilet satışı həyata keçirən hakerlər dərhal həbs edildi”.

Maraqlıdır, zamanında baş vermiş haker hücumuna görə mediaforum saytı əlaqədar orqanlara müraciət edibmi? Müsahibimiz dedi ki, belə bir müraciət etməyiblər: “Bu hücumun fəsadlarını aradan qaldıra bilən mütəxəssislər olur, onlar müdafiəni təşkil edirlər”.  // Sevinc TELMANQIZI "Yeni Müsavat"


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar