Fontu böyüt:
Hazırda “Bakcell” abonentləri bir-birilərinə zəng edə və ya zəngləri qəbul edə bilmirlər
SİA-nın məlumatına görə, bu gün səhər saatlarından Azərbaycanın ikinci mobil operatoru olan “Bakcell Ltd” MMC şirkətinin rabitə şəbəkəsində problem yaranıb. Hazırda “Bakcell” abonentləri bir-birilərinə zəng edə və ya zəngləri qəbul edə bilmirlər.
Problemə aydınlıq gətirmək məqsədilə şirkətin ofisləri ilə əlaqə saxlamağ çalışsaq da, əlaqə telefonlarına cavab verən olmadı. Hələlik probelmin səbəbləri bəlli deyil. SİA