Fontu böyüt:
Azercell Telecom MMC-nin prezidenti Əli Ağan Mobile World Congress 2009 mobil texnologiyalar sərgisi çərçivəsində GSM Assosiasiyasının rəhbəri Rob Konveylə görüşüb.
Görüş zamanı Əli Ağan Rob Konveyə Azərbaycandakı iqtisadi inkişaf, hökumətin ölkənin regionun texnoloji mərkəzinə çevrilməsinə dair strategiyası barədə məlumat verib.
Bundan əlavə görüşdə tərəflər GSM Assosiasiyası ilə Azercell Telecom arasında əməkdaşlığın inkişaf yollarını müzakirə ediblər.
Qeyd edək ki, GSM Assosiasiyasına 219 ölkədən 750 şirkət daxildir. Azercell Telecom 1996-cı ildən GSM Assosiasiyasının üzvüdür.