21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakı şəhərinin 8 saylı məktəbin riyaziyyat müəllimi İlhamə Əkpərova “Çoxüzlülər bizim ətrafımımızdadır” layihəsi ilə Azərbaycanı 26-29 oktyabr tarixində Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçiriləcək Dünya İnnovativ Təhsil Forumunda təmsil edəcəkdir. İ.Əkpərova bu ilin mart ayında Berlində keçirilən Avropa İnnovativ Müəllimlər Müsabiqəsində yarımfinalçılar siyahısına düşərək bu imkanı əldə etmişdir. Forumda həmçinin “Təhsildə əməkdaşlıq” proqramı üzrə «Microsoft Azərbaycan» şirkətinin meneceri Emin Axundov da iştirak edəcəkdir.
İ.Əkpərova ölkəmizi Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkəti tərəfindən həyata keçirilən, MƏDƏD, ULTRA, İnetl, HP tərəfindən dəstəklənən Azərbaycan üzrə İnnovativ Müəllimlər Müsabiqəsinin qalibi kimi təmsil edəcəkdir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumtəhsil məktəb müəllimlərinin Motivasiya sisteminin formalaşmasına dəstək məqsədi də daşıyır.
Müsabiqə innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımılə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənmişdir.
Microsoft korporasiyası tərəfindən keçirilən Ümumdünya İnnovativ Təhsil Forumu təhsil sahəsində ən mötəbər müsabiqələrdəndir. Bu tədbir məktəb müəllimlərinə və direktorlara innovativ tədris və təhsil çərçivəsində texnologiyaları bir alət kimi daha da efektiv şəkildə istifadə etməyə yardım edir. Builki tədbirdə 75-dən çox ölkəni təmsil edən 500-dən çox müəllim, direktor, KİV nümayəndəlirinin və təhsil sahəsində çalışan digərlərinin iştirakı gözlənilir. Tədbirdə iştirak edəcək müəllimlər 13 Ümumdünya İnnovativ Təhsil Mükafatlarından birinə sahib olmaq üçün yarışacaqlar. Həmin müəllimlər təmsil etdikləri ölkələrdə keçirilmiş müsabiqənin qalibləridirlər. Tədbirdə iştirak edəcək direktorlar dünyanın bir neçə ən innovativ orta məktəblərini təqdim edəcəklər.
Qeyd etmək lazımdır ki, Microsoft şirkəti ilk dəfədir ki, sözügedən tədbiri Asiya/Afrika regoinunda keçirir.
xeberler.az/Ellada