İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

RYTN “Texnologiyalar və biz” adlı foto müsabiqə elan edir

21.10.2014 [16:56]

Fontu böyüt:      

"Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar "Texnologiyalar və biz" adlı ən yaxşı foto müsabiqəsi elan edilir.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
"Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar
"Texnologiyalar və biz" adlı ən yaxşı foto müsabiqəsi
 
ELAN
 
Müsabiqənin məqsədi
 
Müsabiqənin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun  dinamik inkişafı, əldə edilən uğurlar və həyata keçirilən genişmiqyaslı işlər barədə ictimaiyyəti məlumatlandırmaq, insanları gündəlik həyatlarında internet,  yeni texnologiyalar, elektron həllər və xidmətlərdən istifadəyə təşviq edərək, onların bu proseslərdə iştiraklarını stimullaşdırmaqdan ibarətdir.
 
Müsabiqə üzrə istiqamətlər aşağıdakı sahələri əhatə edir: 
İnternetin həyatımızda rolu
İKT-nin cəmiyyətdə rolu
Yüksək texnologiyalar və biz
"Elektron hökumət"in üstünlükləri
Müsabiqədə iştirak
 
Müsabiqədə hər kəs iştirak edə bilər.
 
Müsabiqəyə təqdim olunan fotolara aid tələblər
 
1.Təqdim edilmiş foto mövzulardan birinə uyğun olmalıdır.
 
2. Təqdim olunacaq foto "jpg.file"  formatında [email protected] elektron ünvanına təqdim olunmalıdır. Şəkillərin ölçüsü 2000х1500 px-dən az olmamalıdır.
 
3. Bir şəxs tərəfindən maksimum 3 fotonun müsabiqədə iştirakı təmin edilir. Müəllif hüquqları şübhə doğuran fotolar müsabiqədə iştirak etməyəcək. Müsabiqəyə foto təqdim edən şəxsin adı, soyadı, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və əlaqə telefonu göstərilməlidir.
 
4. Müsabiqə 20 oktyabr 2014-cü il tarixində başlayır, 20 noyabr 2014-cü il tarixində başa çatır. 
 
Müsabiqənin mükafat fondu: 
I yer - 1000 manat
II yer - 750 manat
III yer - 500 manat
Həvəsləndirici mükafatlar
 
Fotolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri www.mincom.gov.az saytında dərc olunacaq. 
Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar. 
Fotoların təqdim olunma tarixi:  20 oktyabr – 20 noyabr 2014-cü il
 
Ünvan: Bakı şəhəri, 
Əlaqə telefonları: (012) 598-07-35 
Elektron ünvan: [email protected]
Müsabiqə barədə məlumatı www.mincom.gov.az saytından, eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.
Mənbə: ictnews.az

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar