İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” Layihəsinin icrasına başlanılıb

30.09.2011 [17:32]

Fontu böyüt:      

Layihənin əsas məqsədi Jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet medianın tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir
Multimedia Mərkəzi bildirir ki , “Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” Layihəsinin icrasına başlanılıb. 
Layihənin əsas məqsədi Jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet  medianın  tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir.  Həmçinin  Layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin Jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunlərindən ibarət  yeni tədris modeli hazırlamaqdır.

Layihənin gedişi müddətində media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyəti ( iş yerləri , tələb-təklif münasibətləri, kadr problemi və s.) araşdırmaq, maraqlı tərəflərin iştirakı ilə  ictimai diskussiyalar keçirmək  nəzərdə tutulub. 

Layihə çərçivəsində  hər bir ali təhsil müəssisəsinin Jurnalistika  fakültələri üçün tələbələrin təcrübə keçmələri və praktiki biliklərinin artırılması  məqsədilə tələbə onlayn qəzetinin vahid modulu hazırlanacaq. Həmçinin tələbələrin İnternet TV  və İnternet Radio sahəsində praktiki vərdişlər əldəetməsinə köməklik üçün  pilot qaydada seçilmiş ali təhsil müəssisələrinin birində  İnternet TV Studiya yaradılacaq. Onlayn qəzetdə və Studiyada işləmək üçün müəllimlər və tələbələr üçün təlimlər təşkil olunacaq.

Layihə çərçivəsində  Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resurslarından ibarət  internet resurs yaradılması da nəzərdə tutulub.
Yeni media  texnologiyaları tədris olunan kafedralar üçün tələbələrə təqdim olunacaq buraxılış işlərinin nümunəvi mövzuları və “İnformasiya  cəmiyyətinin jurnalisti” üzrə ixtisaslaşma ilə bağlı xüsusi tədris proqramları da hazırlanacaq.

Multimedia Mərkəzi bildirir ki, beynəlxalq standartlara uyğun olaraq hazırlanan tədris modeli Jurnalistika ixtisası üzrə təhsil müəssisələrini başa vuranların yeni media texnologiyaları sahəsində sərbəst fəaliyyətə başlaya bilməsi, yeni və daha yaxşı iş yerləri əldə edə bilməsi üçün şərait yaradacaq. Layihənin həyata keçirilməsi ilə ölkədə  yeni media mütəxəssislərindən ibarət peşəkarlar təbəqənin formalaşması  prosesi sürətlənəcək.

Multimedia Mərkəzi bildirir ki, Layihə ali təhsil müəssisələrinin Jurnalistika bölmələri, yeni media qurumları və mütəxəssislərinin yaxından iştirakı ilə gerçəkləşəcək.

Multimedia Mərkəzi maraqlı tərəfləri Layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdə yaxından iştirak etməyə dəvət edir.

Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar