İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ölkələr qlobal kibertəhlükəsizlik mövzusunu “Bakutel-2013”-də müzakirə edəcəklər

26.11.2013 [09:28]

Fontu böyüt:      

19-cu Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel-2013" çərçivəsində bir sıra nüfuzlu tədbirlərin təşkili nəzərdə tutulur.
19-cu Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel-2013" çərçivəsində bir sıra nüfuzlu tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərdən biri də 2-3 dekabr tarixlərində "Fourseasons" otelində keçiriləcək "Kibertəhlükəsizlik üzrə konfrans"dır (Global Cyber Security Cooperation: Challenges and Visions).
 
 
Məlum olduğu kimi, bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik və şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri qlobal gündəlikdə duran ən mühüm prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-dövlət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlər keçirilir. Azərbaycanın ev sahibliyi edəcəyi "Global Cyber Security Cooperation: Challenges and Visions" da bu tədbirlərdən biridir.

 İCTnews-un məlumatına görə, tədbir informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Dünya Bankı, Dünya İqtisadi Forumu, İNTERPOL, Azərbaycanın dəstəyi, "HP" şirkətinin sponsorluğu, Azərbaycan Hökuməti tərəfindən təşkil edilir. Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib. Tədbir, həmçinin internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyır. Konfrans eyni zamanda gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, QHT-lərin yüksəksəviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirəcək.

Konfransda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, Avropa Parlamentinin üzvü Kristina Ojuland, Monteneqro Hökumətinin İqtisadi siyasət və Maliyyə üzrə baş nazirinin müavini (həmçinin İnformasiya ictimaiyyəti naziri) Vujica Lazoviç, Əfqanıstan İslam Respublikasının rabitə və  informasiya texnologiyaları naziri cənab Əmirzay Sangin, Burundi Respublikasının Parlament əlaqələri, telekommunikasiya və İKT naziri Nihazi Leocadie, İraqın rabitə  naziri Torhan M.Əl-Müfti və digər nüfuzlu şəxslərin çıxışları gözlənilir.
Qeyd edək ki, konfransla bağlı daha ətraflı məlumatlar "http://www.bakucyber.az/" saytında yerləşdirilib.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar