İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Səhiyyə işçiləri üçün təlimlər təşkil edilib

07.03.2013 [11:24]

Fontu böyüt:      

Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə "Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərində 617 səhiyyə işçisi üçün "Səhiyyə İşçiləri üçün İnformasiya Texnologiyalarının əsasları" adlı təlimlər həyata keçirir.
Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə "Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərində 617 səhiyyə işçisi üçün "Səhiyyə İşçiləri üçün İnformasiya Texnologiyalarının əsasları" adlı təlimlər həyata keçirir.

Təşkilatdan verilən məlumata görə, məqsəd həkim, tibb bacısı və səhiyyə işçilərini kompüterin əsasları, ofis proqramları, şəbəkə, rəqəmsal həyat tərzi və şəxsi məlumatların təhlükəsizliyi üzrə təlimatlandırmaqdır. Təlimlər "Səhiyyə Sektorunda İslahatlar Layihəsi"ni maliyyələşdirmək məqsədilə Dünya Bankı tərəfindən Azərbaycan Respublikası üçün ayrılmış kredit hesabına maliyyələşir.

SSİL-in məqsədi səhiyyə sahəsində maliyyənin idarəedilməsi sistemini təkmilləşdirmədə İT təminatının zəruriliyini vurğulamaqla sağlamlıq göstəricilərini yaxşılaşdırmaq və davamlılığını təmin edərək, seçilmiş rayonlarda zəruri səhiyyə xidmətlərinə çıxış imkanlarını və bu xidmətlərin keyfiyyətini artırmaqdan ibarətdir.

"Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərindəki təlim mərkəzlərində təlimləri təşkil edir. Təlim iştirakçıları yüksək keyfiyyətli təlim materialları, lazımi avadanlıq və mərkəzlərdə internetdən səmərəli və rahat istifadə edilməsi üçün hər cür şəraitlə təmin ediliblər.

Altı sessiyadan ibarət olan 48 saatlıq təlimlər iştirakçılara interaktiv üsul və iş formalarından istifadə etməklə iş yerlərində müasir texnologiyaların tətbiqi sayəsində səmərəliliyi aşılayır. Qeyd edək ki, sözügedən təlimlər mart ayının sonuna qədər davam edəcək. Həqiqət



Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar