İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ABŞ-da təyyarələrdə mobil qurğulardan istifadə imkanı müzakirə ediləcək

25.11.2013 [10:52]

Fontu böyüt:      

ABŞ Federal Rabitə Komissiyası (FCC) təyyarə göyərtəsində mobil rabitədən istifadəyə qoyulan qadağanın ləğv edilməsi məsələsini nəzərdən keçirəcək.
ABŞ Federal Rabitə Komissiyası (FCC) təyyarə göyərtəsində mobil rabitədən istifadəyə qoyulan qadağanın ləğv edilməsi məsələsini nəzərdən keçirəcək.
Uçuş müddəti ərzində mobil şəbəkələr vasitəsilə səsli rabitə və məlumatların ötürülməsinə qoyulan məhdudiyyət 1991-ci ildən qüvvədədir. Bu, onunla izah edilir ki, mobil rabitədən istifadə hava limanlarının yerüstü dispetçer xidmətlərinin işində maneələr yarada bilər ki, bu da uçuşların təhlükəsizliyinə öz mənfi təsirini göstərə bilər.   
“FCC” qadağanın ləğv edilməsi məsələsinə 2004-cü ildə baxaraq bununla bağlı 8 mindən çox rəy alıb. Amerikalılar arasında aparılan sorğu da vətəndaşların bu məsələyə birmənalı yanaşmamasını göstərib. Belə ki, rəyi soruşulanların 51 faizi hesab edir ki, hava gəmilərinin göyərtəsində mobil rabitədən istifadəyə icazə vermək lazım deyil, çünki bunun mənfi nəticələri ola bilər. Eyni zamanda respondentlərin 47 faizi bunun əksini düşünür.
Hazırda “FCC” üzvləri mövcud qaydaları köhnəlmiş və məhdudiyyətli hesab edirlər. Komissiyanın cari ilin dekabrın 12-də keçiriləcək iclasında bu məsələyə yenidən baxılacaq.
Bununla belə, mobil rabitədən istifadəyə qadağa ləğv edilsə belə, sərnişinlər təyyarənin qalxması və enməsi, eləcə də uçuşun 3 min metrdən aşağı olması zamanı zəng etmək və məlumat mübadiləsi həyata keçirmək imkanından məhrum olacaqlar. Bundan başqa, şirkətlər hava gəmilərini tənzimləyici orqanların sertifikatlaşdırdığı xüsusi antenalar ilə təchiz etmək məcburiyyətində qalacaqlar

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar