İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Kibercinayətlərə görə cəzalar sərtləşdi

17.07.2012 [17:52]

Fontu böyüt:      

Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun tətbiqi barədə sərəncam imzalayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, qanuna əsasən, kompüter sisteminə qanunsuz daxil olma, məlumatları qanunsuz ələ keçirmə, həmin məlumatları saxtalaşdırmaya, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompüter məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilib.

Belə ki, yuxarıda göstərilən qanun pozuntularına yol vermiş şəxs iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacaq.

Bu cinayət vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilərsə, 3 ilədək müddətdə vəzifə tutma hüququndan məhrum edilməklə 2000 manatdan 3000 manatadək cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Əgər əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə törədilərsə, 3 ilədək vəzifə tutma hüququndan məhrum edilməklə 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sərəncama əsasən, Nazirlər Kabinetinə üç ay müddətində qanunlarının və Prezident aktlarının bu qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Prezidentə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarını həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Prezidentə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, eləcə də həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların həmin qanununa uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar