Fontu böyüt:
Koreyada belə qərara gəliblər ki, birdəfəlik fotoaparatlar və telefonlar tanınıbsa, birdəfə istifadə etmək üçün notebooklar da hazırlamaq olar. Məlumatı Onliner yayıb.
Ehtimal edilir ki, belə cihazların korpusları kağızdan hazırlana bilər. Həmin kağızları da ikinci emaldan almaq mümkündür. Notebook-ların korpusları bir neçə qat kağızdan düzəldilir və onları asanlıqla yenisi ilə əvəz etmək olar. Kağızdan olan korpus tamamilə xarab olanda onu çıxardıb yeni kağız korpusu ilə əvəz etmək mümkündür.
Istehsalçılar kağız notebook-ların tez bir zamanda çıxmasını vacib bilmirlər. Birdəfə istifadə etmək üçün olan kağız notebookların 2020-ci ildən tez satışa çıxarılacağı gözlənilmir.