Fontu böyüt:
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi saytının (www.president.az) iPhone istifadəçiləri üçün xüsusi əlavəsi hazırlanıb.
Bu əlavəni yükləyən istifadəçilər Prezidentin çıxışları, müsahibələri, qatıldığı tədbirlər, eləcə də fotomateriallarla dərhal tanış olmaq imkanı qazanacaqlar. Əlavəni yükləmək üçün “Apple Applications Store”dakı istifadəçi akkauntundan yararlanmaq lazımdır.
Qeyd edək ki, bir aya yaxındır Azərbaycan Prezidentinin saytı yenilənib, həmçinin Youtube-da rəsmi kanal açılıb və Twitter-də Azərbaycan və rus dillərində Prezidentin xüsusi akkauntu yaradılıb.
Azərbaycan Prezidentinin saytı postsovet məkanında bu cür əlavəyə malik olan yeganə internet resursudur,
mənbə: APA