Fontu böyüt:
ABŞ-da iki gənc iPhone-dan geyim hazırlayıb. Texnologiya həvəskarları kostyumu Cadugərlər Bayramında şou göstərmək üçün geyinib küçədə gəzəcəklər. Gənclər kostyumu üç həftəyə hazırlayıblar.
Geyim özündə həqiqi iPhone-nun görünüşünü əks etdirir. Tək fərqi touch funksiyasının olmamasıdır. Kostyumlar həqiqi iPhoneyə bağlandığında ekranda kamera menyusu və ya dijital kompas görünür. Gənclərin şərhinə görə, paltarda axtarışlar qəbul etmək, oyun oynamaq, musiqi dinləmək mümkündür. Ekranın enerjisi gənclərin qıçlarının arasında olan akkmulyatordan təmin ediləcək. Hər iPhone kostyumunun ağırlığı isə təxminən 40 kiloqramdır.