21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Google-un Hollandiya ofisi, kommersiya casusluğunda təqsirləndirilən Gmail istifadəçisinin İP-ünvanını açmağa razılaşıb.
Yerli internet-şirkəti iMerge-nin baş direktoru məhkəmədə bəyan edib ki, işdən çıxarıldığı üçün, qisas almaq məqsədilə korporativ poçt serverinin ünvanını avtomatik dəyişib.
Güman edilir ki, nə vaxtsa iMerge-nin sistem administratorunun vəzifələrini yerinə yetirən müttəhimin “səyi” nəticəsində işlə bağlı və şəxsi məktublaşmalar Gmail poçt qutusuna göndərilib. Zərəçəkmişlər deyirlər ki, şəxsi informasiyaların açıqlanması hətta boşanmaya səbəb olub.
Google poçt xidməti öz istifadəçilərinin məlumatlarını gizli saxladığına görə əvvəl iMerge-nin tələblərinə baxmayıb. Lakin Hollandiya məhkəməsi bu cinayəti kifayət qədər ciddi sayıb və akkaunt barədə informasiyanın yayılmasını tələb edib. Gmail müdiriyyəti məhkəmə qərarına tabe olmağa məcbur olub və elektron məktublaşmanın qeydiyyat jurnalının və İP-ünvanların siyahısı daxil olmuş məlumatları təqdim edib.
Register-in məlumatına görə, belə hallar əvvəllər də baş verib. Google İsrail məhkəməsinin tələblərinə əsasən, Şaarey Tikva məntəqəsinin müdiriyyət üzvlərinə böhtan atdığına görə blogerin İP-ünvanını açıqlayıb. Iyulda isə Amerika məhkəməsi internet-gigantdan YouTube istifadəçilərinin İP-ünvanlarını açıqlamağı tələb edib. Çünki onlar yalnız Viacom mediakorporasiyasının baxmaq hüququ olan videoçarxları izləmişdilər. O zaman Electronic Frontier Foundation bəyan etmişdi ki, məhkəmə qərarı istifadəçilərin şəxsi həyatının toxunulmazlığı hüququnu tapdalayır.