21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
3-5 dekabr tarixlərində İstanbulda “Beynəlxalq İqtisadi Əməkdaşlıq Platforması” forumu baş tutub.
Toplantıda Türkiyə başda olmaqla Orta Şərq ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, bu münasibətlərin möhkəmlənməsinin yaratdığı yeni imkanlar və s. müzakirə olunub. Şirkətdən verilən məlumata görə, forumun məqsədi Türkiyə ilə digər ölkələrin dövlət adamları, gənc liderlər və öndə gələn iş adamlarını bir araya gətirmək olub.
Dünyanın 26 ölkəsindən qonaqların qatıldığı bu tədbirdə Türkiyə prezidenti Abdulla Gül, Misirin birinci xanımı Suzanna Mübarək, Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər ölkələrin yüksək rütbəli məmurları iştirak ediblər.
Mötəbər konfransda ölkəmizi Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan təmsil edib. A. Ağan auditoriya qarşısında “Telekommunikasiya və İKT” mövzusunda çıxış edib. Azərbaycan-Türkiyə arasında mövcud iqtisadi münasibətlər barədə forum iştirakçılarına məlumat verən Ali Ağan bildirib ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrini səviyyəsinə görə Türkiyə üçüncü yeri tutur. Çıxışı zamanı A. Ağan “Azercell”in fəaliyyətindən də söz açıb.