İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Məlumatı 300 milyon il saxlaya biləcək texnologiya realdırmı?

28.10.2014 [15:35]

Fontu böyüt:      


Yaponiyanın Hitachi şirkətinin mütəxəssisləri Kioto universitetinin tədqiqatçıları ilə birgə kvars şüşəyə yazılan və 300 milyon il informasiyanı saxlaya biləcək texnologiyanı kəşf etdiklərini bəyan ediblər.

Kvars şüşədən ibarət olan optik diskin müxtəlif ekstremal vəziyyətlərə uğurla davam gətirdiyi, 1000 dərəcə istiyə, həm də rütubətə dözümlü olduğu, yazılmış məlumatları etibarlı qoruyub saxlaya biləcəyi iddia olunur.

Xeberler.az saytı “məlumatı 300 milyon il saxlaya biləcək texnologiyanın reallığına inanırsınızmı” sualını İT mütəxəssislərə yönləndirib.

Jurnalist Eyvaz Qocayev diskin 300 milyon il informasiya saxlaya biləcəyinin həqiqətə uyğun olmadığını deyir: “Bu gün bir neçə il informasiya saxlaya bilən disklər hazırlanır, ancaq bu disklərin ömrü bəzən bir neçə ay olur. Hesab edirəm, bu cür məlumatların həqiqətə uyğunluğunun ehtimalı aşağıdır. Belə dəqiqlik, hətta ilin müəyyənləşdirməsi ilə göstərilən məlumat həqiqətə uyğun deyil. Bəli, uzun müddət informasiya saxlaya bilər, amma bunu dəqiqliklə demək o qədər də düzgün olmaya bilər”.

İT mütəxəssisi Elxan Elmanoğlu isə bu kəşfi informasiya sahəsində yeni, uğurlu səhifə sayır: “Günümüzdə məlumatların saxlanması üçün istifadə olunan hard disk, SSD-lər ən yüngül zərbəyə, sıxılmaya, rütubətə və istiyə davamsızdır. Bu da öz növbəsində çox önəmli fayllarımızın itirilməsi ilə nəticələnir. Belə bir texnoloji kəşf, faylların qorunması sahəsində böyük uğurdur. Daha çox şirkət, müəssisə, iri holdinglərin öz məlumatlarını qorumaq üçün yeni, uğurlu səhifə açdığını demək olar. Optik diskin kvars şüşədən olması, onun uzun ömürlülüyünü , ekstremal vəziyyətlərə davamlılığını təmin edir. Xəbərdə də qeyd olunduğu kimi. Qısası, həqiqəti əks etdirir”.

Xeberler.az saytının əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyasının Fizika və İnformasiya Texnologiyaları İnstitutlarına məsələ ilə bağlı müraciət edib. Sahə üzrə mütəxəssislərin olmaması əsas gətirilərək suala cavab verilməyib.

Günel Azadə 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar