İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Bəzi insanlar Twitter hesabına bir növ şəxsi Hayd Parkı kimi baxır”

09.01.2015 [14:20]

Fontu böyüt:      

Yaş və işlədiyi vəzifədən asılı olmayaraq günümüzdə demək olar ki, hər kəs sosial mediadan aktiv istifadə edir. Bunlara “Facebook”, “Twitter”, “Instagram” kimi digər sosial şəbəkələri misal göstərə bilərik.

Yaş və işlədiyi vəzifədən asılı olmayaraq günümüzdə demək olar ki, hər kəs sosial mediadan aktiv istifadə edir. Bunlara “Facebook”, “Twitter”, “Instagram” kimi digər sosial şəbəkələri misal göstərə bilərik.

Bəs Azərbaycanda istifadəçilər  “Twitter” sosial şəbəkəsindən nə dərəcədə effektiv istifadə edə bilir?

Xeberler.az saytı bunu aydınlaşdırmaq üçün Hacızadə Group-un baş direktoru Əli Hacızadə ilə söhbət apardı.

Əli Hacızadə öncə Twitter-in Azərbaycan seqmentinin trendlərini, (günün qaynar mövzuları) istifadəçilərin reytinqini, aktivliyini, Azərbaycan seqmentində gün ərzində ən çox paylaşılan video və fotolarını müəyyən edən  Aztwi.com saytı haqqında məlumat verib. “Aztwi-ni 2010 – cu ildə bir qrup istedadlı azərbaycanlı proqramist yaradıb. Bu sayt unikal bir layihədir. 2013 – cü ilin may ayında sayt rəhbərlik etdiyim şirkətin bir hissəsi oldu”.
Digər sosial şəbəkələrdə olduğu kimi, bu şəbəkədə də istifadə məqsədlərinin müxtəlif olduğunu qeyd edən Əli Hacızadə qeyd edib ki, kimsə öz fikrini bildirmək üçün istifadə edə bilər, məsələn o öz Twitter hesabına bir növ şəxsi Hayd Parkı kimi baxır. Kimsə kommersiya məqsədi ilə, kimsə də tanışlıq məqsədi ilə istifadə edir. Bundan əlavə jurnalistlərin də bir çoxu aktiv Twitter istifadəçiləridir. Bunun da səbəbi bu sosial şəbəkədə haştaq sisteminin çox yaxşı işləməsi və operativ məlumat əldə etmək üçün şərait yaradmasıdır.

Əli Hacızadə Toptrend-lərin  necə seçilməsi barədə də məlumatlar verib. Qeyd edib ki, bu seçim Aztwi üçün işlənib hazırlanmış xüsusi sistem vasitəsilə həyata keçirilir. “Bu sistem avtomatlaşdırılıb və burada insan müdaxiləsi olmur. Seçim zamanı sistem əsasən “mention”ları nəzərə alır. Bəzən hər hansısa istifadəçi sistemin seçimindən narazı qalır və Aztwi-ni düzgün seçim etməməkdə, qərəzlilikdə ittiham edir, təhqirlər də nadir hal deyil. Amma demək olar ki, heç bir istifadəçi @aztwisupport hesabına yazıb, bu və ya digər seçimin nəyə əsasən edildiyini öyrənmək istəmir”.

 Əli Hacızadə bildirib ki, Twitter istifadəçiləri əsasən deməyə sözü olan və bu sözü 140 simvola sığıştırmağı bacaran insanlardır. Bu isə o qədər də asan deyil. Bizim insanlar isə hər şeyin asan yolunu arayır daim, buna görə Facebook daha populyardır, bundan əlavə bir çox istifadəçi sosial şəbəkələri tanışlıq məqsədi ilə istifadə etdiyindən Facebook onlara daha geniş imkanlar verir.  Onun sözlərinə görə, Azərbaycanda bunlar əsasən gənclər, tələbələr, şirkət işçiləridir. Onların bir çoxunu birləşdirən amil isə sözlərini deməyi bacarmalarıdır.

Hazırda siyasətçilər, rəsmi qurumlar, media qurumları, ekspertlər, məşhur müğənnilər və müxtəlif şirkətlər əhəmiyyətli  informasiyaların ictimaiyyətə çatdırılmasında “Twitter”dən effektiv istifadə edir.  Elə şirkətlər var ki, artıq “Twitter” üzrərindən istifadəçilərlə əlaqə qurub. Hər hansı problemli hadisə baş verən zaman istifadəçilər şikayət və təkliflərini şirkətin rəsmi twitter hesabına yazır və  şirkət dərhal bu yazıya öz  münasibətini bildirir. Bütün bunlardan əlavə qeyd etmək lazımdır ki, bu sosial şəbəkədən də vaxt öldürmək və tanışlıq məqsədi ilə istifadə edənlər də az deyil.  

Bəs Twitter istifadəçiləri sosial şəbəkədən nə məqsədlə istifadə edir?

Günay Nəbiyeva: “ Twitter-dən  adətən fikrimi qısa cümlə ilə ifadə etmək üçün istifadə edirəm. Bəzən də ürəyimdə qalan cümlələr olur, onları yazıram, hansı ki, realda deyə bilmirəm. Sosial şəbəkədən gündə 8 saat  və hətta, daha çox istifadə edirəm desəm yeridir”.

İsmayıl Ramazanlı: “Twitterdən istifadə etməkdə xüsusi bir məqsədim yoxdur, istifadə etmə saatım isə gələn notificationlar-dan asılı olaraq dəyişir. Gündə maximum bir saat istifadə edirəm”.

Almaz İbrahimova: “Twiterdən xatirə dəftəri kimi istifadə edirəm.Son yazdlqlarımı oxumuram , gözləyirəm üstündən aylar keçsin oxuyacam. Sosial şəbəkəyə mütəmadi olaraq baxıram. Gün ərzində 1 saatdan çox ola bilir”

Sevinc Çəltikova:  “Twitterdən gün ərzində 7-8saat istifadə edirəm. Əsasən,gündəlik marağımı cəlb edən hadisələrdən  danışıram”.

Nicat Məmmədov: “Burada rahatlıqla nə istəyirəm yaza və paylaşa bilirəm. Çünki burada, məni tanıyan adam azdır  ya da yox dərəcəsindədir. Gündə 2 ya da 3 dəfə istifadə edirəm. Məncə,buradakı insanlar digər sosial şəbəkə iistifadəçilərindən daha üstündür”.

Ölkəmizdə “Twitter” istifadəçilərinin sayı artma istiqamətində gedir və hazırda istifadəçi sayı 200  minə yaxınlaşır. Lakin istifadəçilər bir qismi aktiv deyil , belə ki onlar qediyyatdan keçib bir iki cəhd etdikdən sonra şəbəkəni tərk edirlər.

 Jalə Şahinqızı


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar