Fontu böyüt:
Microsoft istifadəçilər tərəfindən heç də gözlənildiyi kimi isti qarşılanmayan əməliyyat sistemi Vistanı inkişaf etdirmək və daha çox yaymaq cəhdləri davam edir. Bununla əlaqədar olaraq kompaniya bir neçə dəfə XP-nin dəstəyini sona çatdıracağını bildirib.
Sonuncu dəfə XP-nin ömrünün 31 yanvar 2009-cu il tarixində bitəcəyini bildirmişdilər. Lakin, öz həmkarlarının təzyiqi ilə şirkət bu dəfə də vaxtı uzadası oldu. Bu dəfə gözlənilən tam son 30 may 2009-cu il tarixinə təsadüf edəcək. Bu ilk növbədə çox da baha olmayan kompüterlərə sahib olmaq istəyənlərə sərf edəcək.
Hələ ki onlar Vista dəstəyi üçün lazım olan resurslarla daha bahalı kompüter almaq məcburiyyətində qalmayacaqlar. 30 may tarixinin dəqiq son vaxt olacağı hələ bəlli deyil. Microsoft özü də ƏS-in ömrünün hələ bitməməsinə qarşı deyil, çünki kompaniya hələ də köhnə ƏS-dən pul qazana bilir.