İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bu gün “maus”un yarandığı gündür

09.12.2014 [15:42]

Fontu böyüt:      


1968-ci il dekabrın 9-u ilk kompüter "maus"unun yarandığı gündür. Duqlas Enqelbartın ixtirası bir düyməsi olan təkərli taxta kubdan ibarət idi. Kompüter siçanı öz adını naqilə "borcludur" - o ixtiraçıya əsl siçanın quyruğunu xatırladırdı.

İlk mausu mühəndis Bill İnqliş hazırlayıb. Proqram təminatının müəllifi isə Ceff Rulifsondur. Qurğunun daxilində iki metal disk var idi: cihaz irəli hərəkət edən zaman onlardan biri çevrilirdi, ikincisi isə mausun sol və sağ tərəfə hərəkəti üçün "cavabdeh idi".

Sonralar Enqelbartın bu ideyası "Xerox" şirkətinin marağına səbəb oldu. Şirkət tədqiqatçıları qurğunun konstruksiyasını dəyişərək onu müasir mauslara oxşar vəziyyətə gətirdi. 1970-ci ilin əvvəllərində Xerox ilk dəfə mausu fərdi kompüterin tərkib hissəsi kimi təqdim etdi.  400 dollar dəyərində olan qurğunun üç düyməsi var idi.

1983-cü ildə "Apple" şirkəti Lisa kompüteri üçün bir düyməli maus hazırlamışdı. Mausun Apple Macintosh kompüterlərində və sonralar IBM PC üçün Windows əməliyyat sistemində geniş istifadəsi ona böyük populyarlıq qazandırmışdı.

Bu gün mexaniki və optik mauslar mövcuddur. Son texnoloji yenilik isə naqilsiz mausdur. Əvvəllər hər bir istehsalçı siqnalların ötürülməsi üçün öz üsulunu hazırlamışdır. Lakin sonradan əlaqə üçün Bluetooth-bağlantısından daha  geniş istifadə olunmağa başladı

Mənbə: ict.az

 


Oxunub: 0 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar