21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən seminarda Microsoft-un “Həmkara Dəstək” proqramının ölkəmizdə tətbiqi imkanlarını nəzərdən keçirmişdir. Beynəlxalq seminarda Azərbaycanı, Təhsil nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən Ayaz Abuşov, Microsoft Azərbaycan şirkətindən Emin Axundov və Mədəd təşkilatından Teymur Məmmədov təmsil etmişlər. “Həmkara Dəstək” proqramı müəllimlərin informasiya kommunikasiya texnologiyaları vasitəsilə peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmişdir.
Seminar zamanı iştirakçılar “Həmkara Dəstək” adlı proqramın əsas məqsədləri - məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirməsi və həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, şagirdləri gələcəyə hazırlamaq məqsədi ilə texnologiyalar ilə zəngin effektiv təhsilə cəlb edilməsi, “XXI əsr bacarıqlarının” təhsilə tətbiqinin dəstəklənməsi və məktəblərin peşəkar inkişaflarını və öz tələbatlarını təmin etmək məqsədi ilə resursların yaradılmasına kömək edilməsi haqqında bilik və bacarıqlar əldə ediblər.
Onu da qeyd edəki ki, sözügedən tədbir “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına” dəstək məqsədilə həyata keçirilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Microsoft Azərbaycan ilə imzalanmış “Təhsildə Əmkdaşlıq” Anlaşma Memorandumu çərçivəsində icra olunmuşdur.