21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
.az domeninin qeydiyyat prosesinin legitimləşməsi ilə bağlı RİTN tərəfindən heç bir konstruktiv addımlar atılmır.
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Milli İnternet Müsabiqəsinin Əsasnaməsinin təkmilləşdirilməsi , .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
AİF tərəfindən İnternetin keyfiyyəti ilə bağlı aparılan Monitorinqin nəticələri acıqlanıb. Toplantıda son illərdə internetin qiymətinin xeyli dərəcədə endirilməsi bir daha müsbət hal kimi dəyərləndirilib və bunun nəticəsində genişzolaqlı istifadəçilərin sayının xeyli artdığı bildirilib. Bununla belə Azərbaycan internetinin keyfiyyət probleminin son dövrlərdə kəskin dərəcədə pisləşdiyi bildirilib.
Müvafiq qurumlar tərəfindən bu istiqamətdə yetərli və təsirli tədbirlərin görülmədiyi qeyd edilib. Müzakirələrin yekunu olaraq keyfiyyət probleminin aradan qaldırılması üçün səmərəli Təkliflər hazırlanıb və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub.
Təkliflər içərisində ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkəti tərəfindən hər bir 2-ci səviyyəli provayderə satılan İnternetin həcmi ilə bağlı rəqəmlərin, RİTN tərəfindən Provayderlərin genişzolaqlı müştəriləri haqqında məlumatların açıqlanmasının vacibliyi, 2-ci səviyyəli Provayderlər üzərində müvafiq qurumların nəzarətinin və ictimai nəzarətin gücləndirilməzinin zəruriliyi qeyd edilib. Eyni zamanda son dövrlərdə ölkə İnternetinin istifadə etdiyi telekommunikasiya infrastrukturunun, kabel şəbəkəsinin mövcud standartlara cavab verməməsi və keyfiyyətsizliyi ucbatından sürətli internet trafikin ötürülməsində də ciddi problemlərin yarandığı qeyd olunub.
AİF- in toplantısında Milli İnternet Müsabiqəsinin ( Milli Net_2010 ) Əsasnaməsinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Əsasnaməyə qəbul edilən əlavə və dəyişikliklər əsasən Müsabiqənin daha şəffaf, ədalətli və peşəkar keçirilməsinə yönəlib.
AİF- in toplantısında .az domeninin qeydiyyat prosesinin qanunvericiliyə və beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində görülən işlər müzakirə edilib. Edilən müraciətlərə baxmayaraq bu istiqamətdə RİTN tərəfindən heç bir konstruktiv addımların atılmadığı təəssüflə qeyd edilib. .az domeninin qeydiyyatı ilə bağlı problemlərin aradan qaldırılması, qanunvericilikdə nəzərdə tutulduğu qaydada internet ictimaiyyətinin maraqlarına cavab verən tənzimləmə mexanizminin yaradılması istiqamətində görülən işlərin davam etdirilməsi vacib hesab edildi.
Problemlə bağlı RİTN qarşısında piket keçirilməsi ətrafında, problemin məhkəmə perspektivi ətrafında müzakirələr aparıldı. .az domeninin qeydiyyatının tənzimlənməsinə aid qanunvericilikdə nəzərdə tutulan müddəaların şərh edilməsi üçün müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutuldu.