Müxtəlif sosial şəbəkələrdə vaxtlarını keçirən işçilər Britaniya iqtisadiyyatına milyardlarla funt sterlinqə başa gəlir. MyJobGroup.Co.Uk resursu tərəfindən Böyük Britaniya əhalisi arasında aparılmış qeyri-adi sorğu nəticəsində məlum olunub ki, əməkqabiliyyətli əhalinin təxminən 6 faizi (2 milyona yaxın insan), işdə olarkən gün ərzində bir saat vaxtlarını sosial onlayn-media resurslarına həsr edir.
Müxtəlif sosial şəbəkələrdə vaxtlarını keçirən işçilər Britaniya iqtisadiyyatına milyardlarla funt sterlinqə başa gəlir. MyJobGroup.Co.Uk resursu tərəfindən Böyük Britaniya əhalisi arasında aparılmış qeyri-adi sorğu nəticəsində məlum olunub ki, əməkqabiliyyətli əhalinin təxminən 6 faizi (2 milyona yaxın insan), işdə olarkən gün ərzində bir saat vaxtlarını sosial onlayn-media resurslarına həsr edir. Potensial olaraq əməkdaşların iş vaxtının bu cür sərf etməsi Britaniya şirkətlərinə təxminən 14 milyard funt sterlinqə (22,16 milyard ABŞ dolları) başa gəlir.
Sorğu iştirakçılarının yarısından çoxu (55 faizi) iş vaxtında sosial şəbəkələrdən istifadə etdiklərini etiraf ediblər. Bu zaman, sosial şəbəkələrdə fotoşəkil və video-çarxların yerləşdirilməsi, anketlərin tərtib olunması və yenilənməsi, eləcə də bu kimi digər əməliyyatlar onların iş məhsuldarlığına neqativ təsir göstərir.
Ekspertlər maraqlı tendensiyanı qeyd edirlər: respondentlərin çoxu sosial şəbəkələrin onların əmək fəaliyyətinin effektivliyinə mənfi təsir göstərdiyini qəbul etmək istəməyib. Bunu sorğu iştirakçılarının yalnız 14 faizi etiraf edib, 10 faizi isə ümumiyyətlə sosial şəbəkələrin təsiri altında daha yaxşı işləməyə başladıqlarını bildiriblər,