Fontu böyüt:
“Prezident İlham Əliyev İKT sahəsini prioritet sahə hesab edir. Təhsildə bu sahənin genişlənməsi üçün hər bir şərait yaradılıb. Biz də müxtəlif üsullarla İKT sahəsini inkişaf etdiririk”. Bu barədə açıqlama verən təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir bildirib ki, bu gün məktəb direktorlarından da İKT sahəsində biliklərinin olması tələb olunur. Onun sözlərinə görə, direktor müavinlərindən biri bu sahəyə baxmalıdır.
“Çünki, sırf bu sahəyə baxan olmasa, bunun inkişaf etdirilməsi mümkün deyil. Bu işlərə artıq başlanılıb. Yeni direktor və müavinlərin işə qəbulu zamanı onlardan İKT sahəsində bilikləri yoxlanılır. İKT sahəsində bilikləri olmadıqda onlar işə qəbuldan öncə kurslara göndərilir” - deyə M.Mərdanov vurğulayıb.
M.Mərdanov qeyd edib ki, bütün müəllimlər kompüterdən istifadə etməyi bacarmalıdırlar. Bu gün ölkədə 4 mindən artıq məktəbin fəliyyət göstərdiyini deyən məktəblərin hamısının belə olacağını da söyləməyi düzgün hesab etmir. “Amma biz işə başlamışıq və mümkün qədər tez tamamlamaq istəyirik. Orta məktəblərimizin 70 faizində belə imkanlar var və biz ondan istifadə etməyə çalışacayıq” - deyə nazir qeyd edib.
xeberler.az