Fontu böyüt:
Texas Corpus Christidəki bir məhkəmədə Google-yə taraş maşınları satan bir şirkət tərəfindən iddia açılıb. Flowbee adlanan şirkət taraş aləti satır. Bu cihaz elektrikli süpürgəylə taraş maşınının birləşməsindən meydana gəlib.
Flowbee International iddia edir ki, Google Flowbee-nin məşhur olmasından bəzi firmalara pulsuz faydalanma haqqı verib. İddia ərizəsinə görə, istehlakçılar Google-yə girib Flowbee Mark-ı axtartdırdıqlarında, Flowbee-nin saytına istiqamətləndirilmək yerinə Google-nin reklam əlaqələrini görür. Bu reklamlar da istehlakçıları Flowbee-nin rəqiblərinə və tamamilə əlaqəsiz saytlara istiqamətləndirir.
Şikayətçinin iddiasına görə, Google markaların axtarış nəticələrinin doğru bir şəkildə tapılmasını təmin edə bilər. Google, Avropada markaların səhv istifadə edilməsini maneə törətmək üçün lazımlı proseduraları onsuz da tətbiq edir. Bu proseduraların Amerikada da tətbiqi lazımdır. -Googleyə ünvanlanan şikayət ərizəsində belə deyilir.