Fontu böyüt:
Texniki savadsızlıq nə ilə nəticələnir? City & Guilds-ın araşdırmalarına görə, Britaniya kompaniyaları işçilərinin bu biliklərə sahib olmamaları nəticəsində həftədə 13 mln. saat itirir. Təxminən 5.3 mln işçi həftə ərzində orta hesabla 2.5 saat vaxtını İT ilə bağlı problemlərin həllinə sərf edir. Çox vaxt kompaniyalar işçilərin bu problemi özlərinin həll etmələrinə ümid edirlər. İşə götürənlər bu yolla texniki dəstəyə qənaət etməyi düşünürlər. Görünür bu səhv addımdır. Texniki biliklərə malik olmayan işçilər kompaniyalara “baha başa gəlirlər”. Onların işlərinin ləngiməsi nəticəsində ümumilikdə şirkətlərin işi ləngiyir. Araşdırmalara görə, işçilərin üçdə birindən çoxu İT savadı olmaması ucbatından öz işini vaxtında yerinə yetirə bilmir. Qəribə olsa da ən aşağı İT bilik qabiliyyətinə 19-21 yaş arasında olanlar sahibdirlər. Bu yaşlarda olanların 43%-i müdriyyət tərəfindən qoyulan sınaq müddətini məhz buna görə keçə bilmirlər.
Xeberler.az /Anar