İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

15.12.2010 [14:44]

Fontu böyüt:      

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) v «Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi «Xocalıya ədalət» beynəlxalq təşviqat kampaniyasının on-line fəaliyyətinin təqdimatını keçirib. Icmanın rəhbəri Bayram Səfərov Xocalı soyqırımını dünya tarixində ən qanlı qırğın adlandırıb, bir gecədə 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyini söyləyib. O bildirib ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün dünyanın bir neçə ölkəsində icmanın nümayəndəlikləri yaradılacaq.

 Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) v «Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi «Xocalıya ədalət» beynəlxalq təşviqat kampaniyasının on-line fəaliyyətinin təqdimatını keçirib.

Icmanın rəhbəri Bayram Səfərov Xocalı soyqırımını dünya tarixində ən qanlı qırğın adlandırıb, bir gecədə 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyini söyləyib. O bildirib ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün dünyanın bir neçə ölkəsində icmanın nümayəndəlikləri yaradılacaq. İcma rəhbəri hamını fəal vətəndaş mövqeyi göstərməyə çağırıb.

İKGF-in baş katibi Elşad İsgəndərov 2008-ci ildən etibarən kampaniya çərçivəsində görülən işlər, xüsusilə Xocalı faciəsinin «insanlığa qarşı cinayət» kimi tanınması ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi sənədlərin əhəmiyyəti haqqında məlumat verib. «Xocalıya ədalət» kampaniyasına qarşı Ermənistan tərəfindən əks kampaniya aparıldığını söyləyən E. İsgəndərov bildirib ki, bu onu göstərir ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən törədilmiş bir aksiya olub.

Millət vəkili, Xocalı soyqırımının şahidi Elman Məmmədov aparılan kampaniyanın çox lazımlı olduğunu söyləyib. O təklif edib ki, yaradılmış saytda Xocalının tarixi barədə məlumat yerləşdirilsin. E. Məmmədov bu yaşayış məskəninin tarixinin eramızdan əvvəl 3-5-ci əsrə gedib çıxdığını deyib: “Bu ərazilərin türklərə məxsus olduğunu sübut edən çoxlu nişanələr vardı”. Xocalı soyqırımının tanınması istiqamətində təbliğatın gücləndirilməsinin vacibliyini qeyd edən deputat bu işdə Xocalı soyqırımının minlərlə şahidi olan insanlardan istifadə olunmasını təklif edib.

«Xocalıya ədalət» kampaniyasının əlaqələndiricisi Nicat Məmmədov kampaniyanın yeni İnternet saytı, onun Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, kampaniya 3 hissədən – siyasi tanıtım, kütləvi aksiyaların keçirilməsi və ictimaiyyətlə əlaqə qurmaqdan ibarətdir.

Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin də iştirak etdiyi tədbirdə, həmçinin Xocavənd rayon İcra Hakimi Eyvaz Hüseynov, millət vəkili Fuad Muradov və digərləri çıxış ediblər. ///APA


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar