Fontu böyüt:
İnsanlar həyatlarının ən kiçik anlarını belə sosial şəbəkələrdə paylaşmaqdan çəkinmirlər. İndi də çəkilərinə qarşı kompleksi olmayanlar öz çəkilərini paylaşa biləcəklər.
“Withings WiFi Body Scale ” adlı cihaz kilonuzu, bədən kütlə indeksinizi və yağ nisbətinizi ölçə bilir. Burada təəccüblü bir şey yoxdur.
Məsələ ondadır ki, cihaz bu məlumatları kabelsiz İnternet əlaqəsi ilə Twitter-dəki hesabınızda nəşr edəcək. Bununla da çəkilərində adi dəyişiklik qeydə alınanda Twitterdə-kilər görmüş olacaq. Görəsən neçə istifadəçi bunu paylaşmağa razı olar?