Fontu böyüt:
Google-nin Türkiyə səhifəsində 29 Oktyabr Respublika Bayramı münasibəti ilə hazırlanan xüsusi dizaynlı loqodan istifadə edib.
Google Türkiyə ana səhifəsindəki loqoda 29 Oktyabrda Türk bayrağındakı ay ulduz və Mustafa Kamal Atatürkün rəsmi öz əksini tapır. Loqonun üzərinə basıldığında yalnız 29 Oktyabr Respublika Bayramına dair nəticələr axtarılır.
"Doodle" olaraq xarakterizə edilən xüsusi dizaynlı logolar, 1999-cu ildən etibarən Googlenin qurucuları Larry Page və Sergey Brin tərəfindən istifadə edilir.
Doodle bütün dünya ölkələri üçün əhəmiyyətli gün və tətillərə, mədəni hadisələrə və tanınmış siyasi və ictimai xadimlərə yer verərək insanların diqqətini çəkməyi məqsəd qoyur.
Ayrıca internet istifadəçiləri, bu xüsusi dizaynlı loqonun üstünə basaraq, o günə, adama, mövzuya xüsusi daha dəqiq məlumatlar ala bilirlər.