İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli Net 2011 üçün qeydiyyat prosesi davam edir

02.11.2011 [10:23]

Fontu böyüt:      

Milli Net 2011 başlanandan indiyədək 300-dən çox sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib.Hələlik daha çox sayt Bloqlar, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil, Xidmət(Servis) nominasiyaları üzrə qeydiyyatdan keçib.
Milli Net 2011 Təşkilat Komitəsinin toplantısı keçirilib.
Toplantıda Müsabiqənin gedişi ilə bağlı məslə müzakirə edilib. Müzakirələrdə Müsabiqə ilə bağlı işlərin nəzərdə tutulmuş fəaliyyət planı əsasında davam etdiyi, qeydiyyat prosesinin başa  çatmasına  az bir müddət qaldığı bildirilib.
Hazırda qeydiyyat  davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.

Təşkilat Komitəsi bildirir ki, Milli Net 2011 başlanandan indiyədək 1500 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox  sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib.
Hələlik daha çox  sayt  Bloqlar, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil,  Xidmət(Servis) nominasiyaları üzrə qeydiyyatdan keçib.  80  sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə hələlik  müsabiqəyə buraxılmamışdır. Müsabiqəyə buraxılmamağın əsas səbəbləri isə əvvəlki illərdə olduğu kimi  bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi  olub.

Təşkilat Komitəsi  bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina  edilən saytlar imtina ilə  bağlı səbəbləri aradan qaldırdıqdan sonra  Müsabiqədə iştirakla  bağlı yenidən müraciət edə bilərlər. Qeydiyyat prosesi başa çatanadək yenidən müraciət etmək mümkündür.

Toplantıda Müsabiqə iştirakla bağlı işlərin canlandırılması və bu məqsədlə bir daha Müsabiqə ilə bağlı məlumatların müxtəlif üsullarla yayılması, dövlət və korporativ resursların müsabiqəyə diqqətinin artırılması istiqamətində informasiya yönümlü tədbirlərin keçirilməsi vacib hesab edilib.

Təşkilat Komitəsi bir daha  bildirir ki,  qeydiyyat prosesinin 15 noyabr tarixdə  başa çatdırılması nəzərdə tutulub. İlkin  səsvermə 15 Noyabr tarixdə başlayacaq və hər Nominasiya üzrə Nominantlar müəyyən olunacaq.  15 dekabr tarixədək yekunlaşacaq sonuncu səsvermə prosesində Nominantlat arasından qaliblər  seçiləcək.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli Net-2011 Müsabiqəsinə Azercell və DeltaTelekom  şirkətləri dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az   saytında yerləşdirilib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar