21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu sualı Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev cavablandırıb.
Rasim müəllim bildirib ki:haker hücumlarına, kompüter sistemlərinə olan digər təhlükələrə qarşı mübarizə aparmaq üçün ölkədə hüquqi baza mövcuddur və bütün bunlar praktikada da tətbiq olunur. Dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün müxtəlif idarələr yaradılıb. Hüquq-mühafizə orqanlarında bu istiqamətdə məqsədyönlü işlər görülür. Amma belə təhlükələrdən tamamilə sığortalanmaq qeyri-mümkündür.
Hətta ən inkişaf etmiş ölkələrdə də bu problem tam həll edilməmiş qalır. Hakerlər çox yüksəksəviyyəli proqramçılardır. Onlar sistemin hər bir xırdalıqlarına bələddirlər. Sistemi sıradan çıxarmaqla yanaşı, məxfi məlumatları da ələ keçirirlər və müxtəlif bədniyyətli vasitələrdən istifadə edirlər. Ona görə də, bizim ölkəmizdə də müvafiq dövlət instansiyalarında bu məsələlərə yüksək məsuliyyətlə yanaşılır.