Fontu böyüt:
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvarında Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun müəssisələrində məhsul istehsalı və xidmətlər 62,3 milyon manat təşkil etmiş və ya 6,8 faiz artmışdır.
Artım ötürücü cihazların istehsalında 2,8 dəfə, səsi və təsviri qəbul etmək, yazmaq və göstərmək üçün cihaz istehsalında 3,7 dəfə, elektrik-məişət mallarının və radio-televiziya aparatlarının topdansatışında 2,1 dəfə, elektrik rabitəsində 7,8 faiz, kompüter avadanlığının topdansatışı və proqram təminatında 57,6 faiz olmuşdur. AzərTac