21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
| “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının təntənəli açılış mərasimi keçirilib. Çox qısa müddətdə Televiziya və Radio Akademiyasının müasir standartlara cavab verən maddi-texniki bazası formalaşdırılıb. Azərbaycan Radiosunun binasında yerləşən Akademiyada çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb. Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dan tanınmış telemütəxəssislərin dərs demək üçün Akademiyaya dəvət olunması, gələcək müdavimlərin təcrübə mübadiləsini həmin ölkələrdə keçməsi nəzərdə tutulur. Tədrisin 2010-cu ilin sentyabrından başlanması planlaşdırılır. Xatırladaq ki, Etibar Babayev Televiziya və Radio Akademiyasının rektoru təyin edilib. mənbə: AzərTAc |