İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Onlayn media 2014 müsabiqəsinə start verilir

16.09.2014 [10:37]

Fontu böyüt:      

Cari ilin sentyabr ayından Multimedia Mərkəzi tərəfindən adı çəkilən Proqram çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır və “Onlayn Media” müsabiqəsi təşkil olunur.
2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən  “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı həyata keçirilir. Proqram çərçivəsində jurnalistlər üçün Təlimlər və media Müsabiqələri təşkil olunur.

Cari ilin sentyabr ayından Multimedia Mərkəzi tərəfindən adı çəkilən Proqram çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır və “Onlayn Media” müsabiqəsi təşkil olunur.

Layihənin məqsədi ölkədə  onlayn media  infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşakarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.

Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən  sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi  nəzərdə tutulur.

Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq. Bir həftə davam edən Təlimləri İKT və media sahəsində çalışan  peşəkar mütəxəssislər aparacaq.

Layihə çərçivəsində həmçinin Onlayn Media Müsabiqəsinin  keçirilməsi və bu istiqamətdə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.

Onlayn Media  Müsabiqəsinə  ölkədə elektron hökumət quruculuğu, İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min  müxtəlif sahələrdə tətbiqinə aid onlayn media qurumlarında  dərc olunan yazılar  təqdim olunacaq.

Bu Müsabiqə çərçivəsində  Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqə iştirakçıları ölkədə elektron hökumət quruculuğu və elektron təhsillə  bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin sahibləri olacaq. Müsabiqə çərçivəsində olan bu tip tvitlər bəlli bir müddətdə yalnız #ehokumət və  #etehsil həştəqləri ilə yazılacaq.

Onlayn media Müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.

Layihə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Geniş məlumat:  www.telim.org




Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar