Fontu böyüt:
İşlətdiyiniz cihazlarda batareya ömrünün az olması çoxlarını narahat edir. Mobil telefonda, dizüstü kompüterdə, playerdə batareyanın tez qurtarması işləri korlayır. Batareya müddətinin uzadılması üçün mütəxəssislər bir neçə məsləhət verir:
-Batareyalar üçün lazım olan şəraitə çox fikir vermək lazımdır.
-Birinci növbədə mümkün qədər isti şəraitdən qaçamaq lazımdır.
- Uzun müddətli sabit iş görməyə başlayanda batareyaları cihazdan çıxardın.
-Batareyadan istifadə etmədiyiniz zaman yüzdə 40 dolu olaraq soyuducuda saxlayın. Ancaq dondurucuya qoymaq olmaz. Çünki nəm çəkib, batareyaların tez bir zamanda xarab olmasına səbəb olar.
-Çox satış edən marketlərdən alın. Çünki belə marketlərdə anbar tez-tez yenilənir. Beləcə köhnə batareyalar deyil, təzə və uzunömürlü batareyaları almış olursuz.
-30 dəfə şarj edildikdən sonra cihazın batareyasını 1 dəfə tamamilə boşaldın və batareyanı yenidən nizamlayın.