İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

TQDK-da balların hesablanmasına müdaxilənin mümkünlüyü və ictimai nəzarət haqqında

14.08.2014 [15:35]

Fontu böyüt:      

Bir neçə gündür ki, TQDK ilə əlaqəli, daha doğrusu abituriyentlərin topladığı ballara müdaxilə ilə bağlı yazılar İnternet mediada yer almaqdadır. Mediadan bununla bağlı bizə də xeyli suallar gəlməkdədir.
Bir neçə gündür ki, TQDK ilə əlaqəli, daha doğrusu abituriyentlərin topladığı ballara müdaxilə ilə bağlı yazılar İnternet mediada yer almaqdadır. Mediadan bununla bağlı bizə də xeyli suallar gəlməkdədir.

Düşünürəm ki, indiyədək korrupsiyaya uğramayan, sağlam imici olan qurum olaraq TQDK ətrafında baş verənlər  cəmiyyət üçün xüsusi  əhəmiyyət kəsb edir . Xüsusilə də qeyd etmək istərdim ki, öz fəaliyyətində İKT-dən effektiv istifadə edən, öz xidmətlərini İnternet üzərindən təqdim edən, xidmətlərinin böyük əksəriyyətini elektron formaya çevirən və həm də  Elektron hökumət portalı üzərindən təqdim edən qurumlardan biri də məhz TQDK-dır.  
Bu baxımdan ümid edirəm ki, bu qurumun rəhbərliyi də  mediada qeyd olunanlara və ictimai əhəmiyyət kəsb edən məlumatlara  münasibət bildirəcək.

TQDK-nın informasiya təhlükəsizliyi, ballara müdaxilə  və şəffaflıq məsələlərinə gəldikdə isə , bəzi fikrilərimi bildirmək istərdim.

Ümumiyyətlə informasiya sistemlərinə müdaxilə daxildən və xaricdən ola bilir.

İndiyədək bu qurumun informasiya sistemlərinə xaricdən hər hansı bir müdaxilə və bunun da nəticəsində sistemin fəaliyyətinin dayanması və ya hansısa digər  fəsadlar  müşahidə olunmayıb. Güman ki XDMX və TQDK rəhbərliyi xarici təhdidlərlə bağlı zəruri tədbirləri görüb.

Daxildə sistemin informasiya təhlükəsizliyi, müdaxilə isə 3 faktordan asılıdır: informasiya sistemindən istifadə proseduru,  informasiya sisteminin özünün dayanıqlığı və insan amili.

İnformasiya sistemindən istifadə proseduru kimin (kimlərin) sistemə giriş icazəsinin olması, hansı dəyişiklikləri nə zaman və hansı halda edə bilməsi, dəyişikliklərin izinin qalması, hər hansı dəyişikliklə bağlı məsul şəxsin avtomatik məlumatlandırılması  və s. nəzərdə tutur.
Məsələn, sistem elə işləməlidir ki,  bir nəfər hansısa əməkdaş bu sistem olan otağa və ya kompüterə daxil olanda onun sistemdə hər hansı dəyişiklik etməsi praktiki olaraq qeyri-mümkün olmalıdır. Çünki sistem elə qurula bilir ki,  gərək mütləq bir neçə adam eyni anda otağa, ya da kompüterə daxil olsun. Yəni, bu o deməkdir ki, səhər kimsə, lap elə rəhbər şəxsin özü,  işə tez gəlib, ya 6-cü gün kimsə gəlib sistemə müdaxilə edə bilmir. Bütün bunlar bu sistemdən istifadə ilə bağlı Reqlamentdə öz əksini tapmalıdır.

Güman ki  və əminəm ki, belə bir prosedura - Reqlament  TQDK-da var. Problem ondadır ki bu Reqlament ya TQDK saytında yoxdur ya da bu qurumun informasiya sistemi ilə bağlı RYTN Reyestrində yoxdur. Mövcud qanunvericilikdə isə bu, heç tələb olunmur da. Odur ki fikrimcə İnformasiya sistemlərindən istifadə Reqlamentinin hazırlanması, rəsmi resurslarda və reyestrlərdə yerləşdirilməsi qanunla təsbit olunmalıdır.

İnformasiya sisteminin dayanıqlığı isə daha çox onun hazırlanması texnologiyasından asılıdır ki, TQDK və digər az sayda qurumlar var ki , uzun müddətdən bəridir ki, addım-adım öz sistemlərini hazırlaya biliblər və sistem də normal işləyir. Amma ümumiyyətlə ölkədə informasiya sistemlərinin formalaşması ilə bağlı  xeyli problemlər var. Hər dövlət qurumu özü istədiyi kimi öz informasiya sistemini formalaşdırır. Kimsə bazanı Oraklda edir, kimsə də MySQL-də, kimsə də, lap elə Word-də. Və bu işləri də hər bir dövlət qurumu kimə istəsə gördürür. Məsələn, bu yaxınlarda məlum oldu ki bizim bankların Oraklda qurulan informasiya sistemini hindlilər hazırlayıb və sistemdə də problemlər yaşanıb. Başlayıblar hindliləri axtarmağa.

Ümumiyyətlə hazırda dövlət informasiya sistemlərinin, informasiya ehtiyatlarının hazırlanması, istifadəsi və qorunması sahəsində müəyyən səlahiyyətlər  RYTN, XDMX və ASAN arasında bölüşdürülüb. Bu qurumların səlahiyyətləri konkretləşməyib və informasiya sistemlərinə verilən tələblər, standartlar məsələsində də hədsiz boşluqlar var. Əgər sistem Elektron hökumət portalına qoşulacaqsa ona qarşı müəyyən şərtlər var, amma başqa halda  hansısa şərtlər mövcud deyil.
Ümid edirəm ki hazırlanma ərəfəsində olan "Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında" haqqında Qanunda bu məsələlər yetərincə tənzimlənəcək.

Təhlükəsizlik məsələsində insan amilinə gəldikdə isə bütün dünyada informasiya təhlükəsizliyi məsələsində bu ciddi problem olaraq qalır. Yəni ki, kompüterə, bazaya, informasiya sisteminə daxil olan kəs adi halda orada nə istəsə edə bilir. Bu qaçılmazdır. Gərəkdir ki, ciddi reqlament, ciddi yoxlama və nəzarət mexanizmi qurulsun. Bu isə əlbəttə rəhbərlikdən, o cümlədən TQDK rəhbərliyindən də asılı məsələdir. Artıq biz bir dəfə TQDK-da offlayn mühitdə insan amilinin müəyyən fəsadlar yaratdığının şahidi də olmuşuq.
Kadrların seçilib yerləşdirilməsi, onlar üzərində administrativ və ictimai nəzarət mexanizmlərinin  hazırlanması məsuliyyəti də məhz rəhbərliyin üzərindədir .

İctimai nəzarət mexanizmlərinin hazırlanması, müstəqil ekspertlərin  təkcə  TQDK ilə bağlı deyil, bütün dövlət qurumlarının informasiya sistemlərinin fəaliyyət prosesinə cəlb edilməsi isə çox faydalı olardı. Ümumiyyətlə fikrimcə TQDK mövcud proseduralarla bağlı, informasiya sistemlərinin ictimai təqdimatları ilə bağlı məsələlərə xüsusi diqqət yetirməlidir. TQDK-nın  öz informasiya sistemlərinə ictimai baxış təşkil etməsi faydalı olardı. Hazırda isə görünən odur ki bu qurum daha çox nəticələrin elan edilməsi və ictimailəşdirilməsinə xüsusi önəm verir. Amma bir daha vurğulanmaq istərdim ki cəmiyyət üçün həm də mövcud informasiya sistemlərindən -  məsələn cavab kartlarının oxunması və  balların hesablanması, bu sistemdən istifadə  prosedurası, informasiyaların daşınması və emal edilməsi proseduru da ictimai əhəmiyyət kəsb edən məsələlərdir. 

Bir sıra dövlət qurumlarında artıq ictimai nəzarətlə bağlı müəyyən addımlar atılır.  Məsələn, hazırda VXSİ Dövlət Agentliyi  yanında yaradılan İctimai Şura bu istiqamətdə müsbət təcrübə hesab oluna bilir. 

Balların hesablanması və onun elan edilməsi məsələsinə gəldikdə, həm də onu qeyd etmək istərdim ki, fikrimcə həqiqətən də nəticələrin elan olunmasının bu qədər ləngidilməsinə lüzum yoxdur. Ən azı abituriyentin özü elə imtahan axşamı özünün ilk nəticələri rəsmi olaraq ala bilər. Və ya TQDK özü saytında balların hesablanması imkanını qoya bilər.  Cavab kartlarının imtahan zalından skanerlərə qədər gedən  sonrakı hərəkət prosesinin də bütün mərhələsinin şəffaflaşdırılması üçün müəyyən mexanizmlərin hazırlanması və ictimaiyyətə açıqlanması bu sahədə görülən işlərə ancaq fayda verə bilərdi.

Yeri gəlmişkən qeyd edim ki, hazırda ölkədə AzTelekom tərəfindən həyata keçirilən beynəlxalq telefon danışıqlarının qeydə alınması və hesablanması ilə bağlı RYTN çox maraqlı bir sistem hazırlayıb. Beynəlxalq danışıq trafikinin hesablanması bir-birindən asılı olmayan iki qurum və iki informasiya sistemi vasitəsilə aparılır və RYTN  iki  yerdən daxil olan bu informasiyalar əsasında müəyyən balans hazırlamaq imkanı əldə edir.
Fikrimcə, gələcəkdə  abituriyentlərin cavab kartlarının skanerlə oxunması və balların hesablanması prosedurasının da bir-birindən asılı olmayan  iki informasiya sistemi – və ya qurum tərəfindən aparılması və məlumatların TQDK –ya və ya Prezident Aparatına təqdim edilməsi də bu sahədə olan bəzi şübhələri tamamilə aradan qaldıra bilərdi.

Osman Gündüz
14.08.2014


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar