İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təhsil Portalında valideynlər şagirdlərin qiymətləri haqqında məlumat ala bilər

25.05.2010 [23:56]

Fontu böyüt:      

Proqram vasitəsilə məktəbin müdiriyyəti, müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq, məktəbin fəaliyyəti ilə bağlı elanlar (valideyn iclasları, yığıncaqlar, iməciliklər) ilə tanış olmaq imkanı da vardır.

 Təhsil Portalında (www.edu.az) yerləşən Elektron Dərs­lər İda­rəet­mə Proq­ra­mı AeL­-ə lo­qo-­lin­ki­nə da­xil olan va­li­deyn şa­gir­din qiy­mət­lə­ri və da­va­miy­yə­ti haqqında məlumatları öyrənə bilər. 2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində yaradılan Təhsil Portalında bu məlumatlar valideynin elektron nəzarət səhifəsində yerləşdirilir. Elektron nəzarət səhifəsində şagiridin Məktəbli kitabşası və Davamiyyət jurnalı yerləşdirilmişdir. Burada valideynlər şagirdin qiymətləri, davamiyyəti haqqında məlumat əldə edə bilər. Bundan əlavə, proqram vasitəsilə məktəbin müdiriyyəti, müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq, məktəbin fəaliyyəti ilə bağlı elanlar (valideyn iclasları, yığıncaqlar, iməciliklər) ilə tanış olmaq imkanı da vardır.

Tədrisin idarəolunmasının avtomatlaşdırılması qiy­mət­lərin on­layn ola­raq av­to­ma­tik mək­təb ida­rəetmə proq­ra­mın­dan da­xil edi­lməsinə imkan verir. Bu isə şa­gir­də qiy­mət qo­yul­du­ğu anda va­li­deynin bu məlumatı in­ter­net vasitəsilə görmə bilər. Proqram təminatı hər bir valideynə yalnız onun övladının qiymətlərinə elekt­ron jur­nalda baxmaq imkanı yaradır.

Valideynlər üçün nəzarət səhifəsinin olması mütamadi olaraq gündəliklərin yoxlama prosedurasını da aradan qaldırır. Həmçinin, elektron nəzarət səhifəsi informasiya nöqteyi-nəzərindən valideyn iclasında iştirak ilə müqayisə etmək olar. Valideyn iclaslarında iştirak edə bilməyənlər bütün məlumatları nəzarət səhifəsindən əldə edə biləcəklər.

 

Valideyn nəzarət səhifəsinin üstünlükləri:

 

  • valideynin şagirdin tərbiyəsi və təhsilində fəal iştirakı;
  • şagirdin qiymətləri və davamiyyəti haqqında gerçək məlumat;
  • istənilən zaman məktəbin müdiriyyəti, müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət;
  • şagirdin qaiblərinə, qeyri-qənaətbaxş davranışına birbaşa reaksiya;
  • zamana qənaət, məktəb ziyarətlərinin sayının azalması.

Elektron nəzarət səhifəsi valideynlərə uşaqlarının tərbiyyəsi və təhsilində fəal iştirakını, məktəb müdiriyyəti, müəllimləri, sinif rəhbəri, digər valideynlər ilə yüksək səviyyədə interaktiv ünsiyyət və fikir mübadiləsini təmin edən  servisdir.

Hələlik bu imkanlardan “Elektron məktəb” layihəsinə qoşulan pilot məktəblərində oxuyan şagirdlərin valideynləri yararlana bilər. Yaxın zamanlarda bu cür məktəblərin sayının artması nəzərdə tutulur.   

 

                                                                                 

                                                                                                     Xeberler.az/Ellada

 

 

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar