Fontu böyüt:
Yeni məhsulun əsas üstünlüyü müxtəlif mobil platformaların əsasında işləməsidir. Ekspertlərin fikrincə, Adobe şirkəri Flash texnologiyalarının yeni versiyasını ictimaiyyətə təqdim etməzdən əvvəl, uzun müddət müasir smartfonların istehsalçıları ilə əməkdaşlıq edib və indiki mobil platformaların tələbatını nəzərə alıb.
Analitiklər qeyd edirlər ki, Apple və Adobe şirkətləri arasındakı gərginliyi nəzərə alsaq, sonuncu İT bazarında mövqeyini möhkəmləndirmək üçün yaxın bir il ərzində Flash texnologiyalarının müxtəlif mobil platformalar tərəfindən dəstəklənməsinə çalışacaq. Əgər Adobe bunu bacarsa, onda Apple şirkəti ilə rəqabətdə üstünlük əldə edəcək. Hazırda Adobe 20 iri telefon istehsalçının 19 şirkəti tərəfindən dəstəklənir. Belə ki, Motorola, HTC, LG, Samsung və digər iri şirkətlər öz məhsullarında Flash texnologiyalarından istifadə etməyi planlaşdırırlar.
Qeyd edək ki, ilk olaraq Flash 10.1 versiyası dünən Google şirkəti tərəfindən Android 2.2-də Google I/O konfransında təqdim olunub.