Fontu böyüt:
“Peoples Daily” nəşriyyatı Çin Elmlər Akademiyasının himayəsi ilə yeni axtarış sistemini təqdim edib.
Qeyd edək ki, “Peoples Daily” şirkəti Çin Kommunist partiyasının rəsmi nəşriyyatıdır. Analitiklərin fikrincə, təqdim olunan yeni axtarış sistemi Goso.cn tezliklə Çində populyarlıq qazanacaq və bu bazarın lideri Baidu.com-dan sonra ikinci yeri tutacaq.
Xatırladaq ki, Google Çinin axtarış sistemləri bazarını tərk etdikdən sonra Baidu.com öz imkanlarını genişləndirib və bu sahənin liderinə çevrilib.