Fontu böyüt:
Rusiya mətbuatının yazdığına görə, alimlər əslində kompüterin digər orqanlara daha çox ziyan vurduğunu müəyyənləşdirib. Xüsusilə, kompyuterlə çox təmasda olan insanın əllərində problem yarandığı bildirilir.
«Klaviatura, xüsusilə maus (siçan) ilə çox işləyən vaxt əllərə gedən əsəb telləri gərilir. Bunun nəticəsində insan hərdən əllərinin sanki şişdiyini, tutulduğunu hiss edir, bəzən ağrılar və ya hiss etmənin itməsi halları da müşahidə olunur rast gəlinir», - deyən tibb elmləri namizədi Natalya Savitskaya ardınca bildirir: «Kompüterin mausunu masanın ucunda qoymaq olmaz. Əlin mausun üzərinə düz qoyulması, onun mümkün qədər stolun küncündən uzaqda saxlanılması vacibdir».
V.ELMAR