Fontu böyüt:
Tehran ancaq dinc məqsədlər güddüyünü bildirir
İranın kosmosa buraxdığı ilk peyki elmi məqsədlər, məsələn, ətraf mühitlə bağlı informasiya toplamaq üçün hazırlanıb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər naziri Mənuçöhr Möttəki bildirib.
Möttəkinin sözlərinə görə, peyk ancaq dinc məqsədlər üçün buraxılıb. Tehran peykdən alınacaq məlumatları meteoroloji nəzarət, eləcə də texnoloji, kənd təsərrüfatı və iqtisadi layihələrdə istifadə etməyi düşünür.
Xatırladaq ki, İran tarixində yerli mütəxəssislər tərəfindən hazırlanan ilk peyk İranın peyk daşıyıcısı tərəfindən fevralın 2-də orbitə çıxarılıb. Onun orbitə buraxılması İslam İnqilabının 30-cu ildönümü ilə üst-üstə düşüb.