İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Facebook səhifə idarəçiliyində ən çox edilən səhvlər

16.01.2015 [18:16]

Fontu böyüt:      

Onlayn marketinqdən bəhs edərkən sosial medianı, sosial mediadan bəhs edərkən Facebook-u vurğulamamaq böyük yanlışlıq olar

Onlayn marketinqdən bəhs edərkən sosial medianı, sosial mediadan bəhs edərkən Facebook-u vurğulamamaq böyük yanlışlıq olar.

Satış, PR, reklam  üçün ən ideal məkan olan Facebook-dan onlayn marketinq vasitəsi kimi istifadə etmək o qədər də asan deyil. Buna görə də bu sahədə bir çox səhvlərlə rastlaşırıq.

Facebook marketinq səhvləri…

Əksik olan Facebook səhifə məlumatları

 Bir çox marka Facebook səhifə bilgilərini əksik doldurur. Sadəcə bir hesab yaradıb şəkil və veb saytın ünvanını yazmaq kifayət deyil. Facebook-da səhifə bilgilərini nə qədər detallı doldursanız səhifənizin ziyarətçi və istifadəçi sayı bir o qədər çox olacaq.

Həddindən artıq paylaşım

Facebook markalara başlanğıcda həftədə bir neçə dəfə paylaşım etməyi təklif edir. Buna baxmayaraq markalar daha çox şey söyləmək üçün hər gün bir çox paylaşım etməyi üstün tutur. Lakin bu paylaşım nisbətlərini ciddi şəkildə aşağı salır. Əgər mümkündürsə, gündə 1 və ya 2 paylaşımı keçməmək, amma bu paylaşımların mükəmməl olmasını təmin etmək lazımdır.

Çoxlu reklam məzmunlu paylaşımlar

Facebook istifadəçilər üçün yaxşı vaxt keçirdikləri yerdir. Əgər çoxlu reklam məzmunlu paylaşımlar etsəniz bu bir müddətdən sonra ziyarətçiləri bezdirə bilər. Ona görə də hədəf auditoriyanızın marağına uyğun paylaşımlar edin. 10 paylaşımınızdan 9-u reklam məzmunludursa,hesabınızı bağlayın,artıq uduzmusunuz.

Çox uzun mətnlər

Facebooka görə 40-80 işarədən ibarət, ya da 1-2 sətirlik mətnlərin daha çox effektli olduğu göstərilir.Nə qədər qısa yazsanız postu bir o qədər çox adam görəcək. Siz daha çox yazdıqca oxucu auditoriyanızın sayı düşə bilər. Buna görə də mesajınızı daha qısa, lakonik verməyiniz məsləhətlidir.

Nəzarət etmək

Etdiyiniz hər işi ölçməlisiniz. Davamlı olaraq Facebook statiskalarınıza nəzarət edin. Bunun nəticəsində işlərinizin necə məhsuldar, ya da  yanlış olduğunu görə  və inkişaf etdirə bilərsiniz.

Vaxtı düzgün seçin

Paylaşılan məzmun nə qədər maraqlı olsa da, qeyri pik vaxtda paylaşıldıqda hədəf auditoriyasına çatmayacaq. Auditoriyanızın daha aktiv olduğu vaxtlarda paylaşım edin. İzləyicilərinizin aktiv olduğu vaxtı ən dəqiq halda səhifə statistikalarından əldə edə bilərsiniz.

Elmin Bayramlı


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar