İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Mobil telefon xərçəng yaradır

11.03.2013 [10:56]

Fontu böyüt:      

Mobil telefonların elektromaqnit şüalanması ilə insan orqanizmində qalxanabənzər vəzdə xərçəng xəstəliyinin yaranması və inkişafı arasında birbaşa əlaqənin varlığı ilk dəfə sübut olunub.
Mobil telefonların elektromaqnit şüalanması ilə insan orqanizmində qalxanabənzər vəzdə xərçəng xəstəliyinin yaranması və inkişafı arasında birbaşa əlaqənin varlığı ilk dəfə sübut olunub.
 
Milli.Az Ediot Ahronot-a istinadən bildirir ki, İsraildəki Təl-Əviv Universiteti və "Beylinson" xəstəxanasının alimlərinin birgə araşdırmasının nəticəsi belədir.
Son 10 ildə Avropa Birliyi ölkələri və İsraildə qalxanabənzər vəz xərçəngi xəstəliyinin artım statistikası israilli alimləri belə araşdırma aparmağa sövq edib.
Haaretz bildirir ki, 1990-cu ildə hər 100 min israilli kişi arasında qalxanabənzər vəz xərçəngi ilə bağlı 4,2 fakt qeydə alınmışdısa, 2007-ci ildə bu göstərici 4,7, 2012-ci ildə isə 6,1 olub.
Həmin dövr ərzində israilli qadınlar arasında sözügedən göstərici 9,7-dən 16,3-ə qədər artıb.
Ərəb kişilər arasında müvafiq rəqəmlər 1-dən 3,2-dək, ərəb qadınlar arasında isə 4,3-dən 10,9-a qədər artıb.
Scientist-in məlumatına görə, israilli alimlər eksperimentlər üçün baza qismində Daniel Felzenşteyn Elmi-Tədqiqat İnstitutunun laboratoriyasını seçiblər.
Eksperimentlər tamamilə sağlam adamların qalxanabənzər vəzindən alınmış hüceyrələr üzərində aparılıb. Həmin hüceyrələr mobil telefonun elektromaqnit şüalanmasını təkrarlayan qurğu tərəfindən şüalanmaya məruz qalıb.
İlk eksperimentdə hüceyrə proliferasiyası üçün Ki-67 antigenindən istifadə olunub. Şüalanmaya məruz qalan hüceyrələr sürətlə bölünməyə başlayıblar.
Sonrakı sınaqlar da bu nəticəni təsdiqləyib.
Araşdırmaya başçılıq etmiş professor Rafael Faynmesser deyir ki, mobil telefonun elektromaqnit şüalanması nəticəsində qalxanabənzər vəzin hüceyrələrində fəsadlı dəyişikliklər başlanır. 
Mütəxəssislər mobil telefonla danışanda elektromaqnit şüalanmasının təsirini azaltmaq üçün qulaqcıqlardan istifadə etməyi məsləhət bilirlər.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar