İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda İnternetdə senzura var?

13.03.2009 [15:37]

Fontu böyüt:      

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə görə, Azərbaycanda senzura yoxdur, amma onun bərqərar olmasına cəhdlər var. Xüsusən də ayrı-ayrı məmurlar tərəfindən. Amma bunu hökumətin xətti kimi dəyərləndirmək olmaz.


- Mən internetin ucuzlaşmasını istərdim.
- Keyfiyyətin artırılmasını, xidmətlərin yaxşılaşdırılmasını istərdim.

Bu, Bakıda rəyini soruşduğum internet istifadəçilərinin arzusudur. Hamısının istəyi birdir: sürət artsın, qiymət düşsün.

Azərbaycanda internet hamı üçün əlçatımlı deyil. Bu gün ucqar kəndlər bir yana, Bakı ətrafında kompyuter görməyən, internet haqda təsəvvürü olmayan yüzlərlə gənc var. Amma bununla belə, internet yavaş-yavaş Azərbaycanda da əyalətlərə yerləşməyə, klublardan evlərə köçməyə başlayır.

Amma internet məkanını genişləndirməyə çalışdıqca Azərbaycanda ona məhdudiyyətlər də gözə dəyməyə başlayır. Məsələn, bir qədər əvvəl Naxçıvanda bəzi müxalifət qəzetlərinin - «Azadlıq» və «Bizim yol»un saytlarına girmək imkanı məhdudlaşdırılmışdı. Bir neçə il öncəsə «tinsohbeti.com» və «susmayaq.biz» saytlarına girmək mümkün deyildi. Ötən ay isə ölkədə ən çox istifadəçisi olan «day.az» portalının qəfildən işini dayandırması və daha sonra başqa sahibkara satılması, üstəlik də əvvəlki yaradıcı heyətin işdən getməsi müəyyən söz-söhbətlərə rəvac verdi. Əksəriyyət bunu internetdə senzuranın başlanğıcı, hakimiyyətin təzyiqlərinin nəticəsi kimi qiymətləndirirdi. Hərçənd Prezidentin İcra Aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bu fikirləri təkzib etdi.

Yada salaq ki, prezident seçkilərindən bir qədər əvvəl portalın siyasi forumu bağlanmışdı. Həmin forumun iştirakçısı İlqar Məmmədova görə, Azərbaycanda sözsüz ki, internetdə senzura var:

«Sadəcə, təzahürləri başqa diktator rejimlərindən fərqlidir. Ən populyar forumun məcburən bağlatdırılması, bir neçə ay sonra sahibindən alınması, bir ara «tinsohbeti.com»a qarşı filtrin qoyulması…Yaxınlarda siyasi bloqlara senzura qoyulsa, heç təəccüblənmərəm».

Emin Həşimovla küçədə rastlaşdıq, «day.az»ın köhnə oxucularındandır. Saytın başına gələnlərdən təəssüfləndiyini deyir:

- Maraqlı sayt idi. Gündəlik oxuyurduq. Bağlanıb bizə ziyandır.
- Senzuraya cəhd kimi qiymətləndirmək olarmı?
- Bəlkə də…

«Sərhədsiz Reportyorlar» Təşkilatının yeddi il əvvəlki hesabatında Azərbaycan internetin düşməni elan olunmuşdu. Təşkilatın son hesabatında isə internetə düşmən kəsilən 22 ölkə arasında Azərbaycanın adı yoxdur. Quruma görə, bu cür ölkələrdə xəbərlərlə yanaşı istifadəçilər də izlənməkdədir.

İnternet Forumun prezidenti Osman Gündüzə görə, Azərbaycanda senzura yoxdur, amma onun bərqərar olmasına cəhdlər var. Xüsusən də ayrı-ayrı məmurlar tərəfindən. Amma bunu hökumətin xətti kimi dəyərləndirmək olmaz:

«Xoşbəxtlikdən Azərbaycanda uzun müddətdir ali hakimiyyət, hökumət və ya parlament səviyyəsində siyasi, ideoloji, texnoloji senzura yoxdur. Yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaradılmış Koordinasiya Şurasının əsasnaməsi istisna olmaqla».

Bu əsasnaməyə görə, şura internetdəki xəbərlərin, məlumatların məzmununu araşdıra, saf-çürük edə bilər. Əgər bu məzmun milli-mənəvi dəyərlərə toxunursa, təbii ki. Bu da Osman Gündüzə görə, senzuraya cəhddir. Yeri gəlmişkən, bu fikri yalnız Osman Gündüz demir. Avropa Şurası Monitorinq Komitəsinin hesabatında da həmin müddəa senzuraya cəhd kimi qiymətləndirilib.

Hərçənd nazirlik bu fikri ilk gündən yaxına buraxmayıb. Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri və koordinasiya şurasının uzvü Rüfət Gülməmmədov dəqiqləşdirir ki, söhbət sadəcə milli-mənəvi dəyərlərə toxunan məqamlardan gedir. Məsələn, xalçalar Azərbaycanın milli dəyəridir. Kimsə Azərbaycan xalçalarını Ermənistan xalçaları kimi qiymətə verərsə, şura buna müdaxilə edəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovsa deyir ki, heç bir məhdudiyyətdən söhbət gedə bilməz:

«İnternetin inkişafına hər cür şərait yaradılır. Heç bir məhdudiyyət yoxdur».

Provayderlərdən biri - «Azeronline» şirkətinin baş müdiri Elçin Ağakişiyev:

«Nazirlikdə yaranan Şura senzurayla bağlı deyil. İnternet məkandır. Senzura nədir? Sizin portalınız, səhifəniz varsa, fikrinizi deyirsizə, necə senzura tətbiq etmək olar?»

Sıravi internet istifadəçisi nə deyir bəs?
- Senzura yoxdur.
- Bilmirəm.
- Erməni saytlarına, orda çatlaşmağa qadağa var. Başqalarına girmək olur…

Bakıda bunu da deyirlər ki, Azərbaycan internetin düşməni olmasa da, dostuna da çevrilə bilmir. Hərçənd bu yöndə bəzi addımlar atılır. Məsələn, bu il yanvarın 15-dən internetdə qiymətlər ucuzlaşdırılıb. Bundan başqa, ölkə başçısı İKT-ni pritoritet sahə elan edib. Büdcədən internetin inkişafına böyük pullar ayrılır və sairə. Amma internetin sürəti və qiyməti ilə bağlı problemlər o qədər güclüdür ki, bütün bu addımlar kölgədə qalır.  Şahnaz Bəylərqızı


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar