Fontu böyüt:
14.6 megapiksel ölçülərində foto və 1080p HD video qeydlərini yaxın zamanlarda mobil cihazlarda görmək mümkün olacaq.
İndi də iPhone daxil olmaqla bir çox mobil cihazda istifadə edilən OmniVision markalı sensorların 4-cü nəsili istifadə ediləcək. Yeni texnologiyalar üzərində işini sürətlə davam edən OmniVision, yeni CMOS sensorları ilə mobil cihazları canlandıracaq. Yüksək həllolma dəqiqlikli və keyfiyyətli fotoşəkil çəkmək imkanı yaradan yeni sensorlar 14.6 megapiksellik görünüş tuta bilir.
Bundan əlavə, 1080p HD video tuta bilən mobil CMOS sensorlar saniyədə 60 kvadrat/kadra qədər video qeyd edə bilir. Full HD video tutma vaxtı elektronik görünüş sabitləmə (EIS) xüsusiyyətinin köməyi ilə daha həssas çəkiliş etmək mümkündür. OV14810 adlı sensorların 2010-cu ilin ikinci yarısından etibarən istifadə edilə biləcəyi qeyd edilir.