İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Twitter-dən ən effektiv istifadə edən dövlət adamları və jurnalistlərin siyahısı hazırlanıb

10.11.2011 [21:41]

Fontu böyüt:      

Avrasiya Elm Adamları Dərnəyi və Strateji Araşdırma Mərkəzinin (SAM) ortaq nəşri olan “Caucasus International” jurnalının növbəti sayı Türkiyədə işıq üzü gördü
Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi və Strateji Araşdırma Mərkəzinin (SAM) ortaq nəşri olan “Caucasus International” jurnalının növbəti sayı Türkiyədə işıq üzü gördü. Artıq ikinci sayı çap olunan jurnalın nəşr olunması barədə ilk məlumat Türkiyənin nüfuzlu “Hürriyet Daily News” və “Today’s Zaman” qəzetlərində yer alıb. Jurnalın bu sayında Avrasiya regionunda ənənəvi medianın transformasiyası, sosial medianın rolu, ərəb regionundakı inqilablarda Əl-Cəzirə kimi media quruluşlarının təsiri, eyni zamanda Qafqaz regionundakı konfliktlər nəzərdən keçirilib.
Jurnalın redaksiya heyəti tərəfindən ilk olaraq “Twitter-100”- dünyada Twitter-dən ən effektiv istifadə edən nüfuzlu şəxslər, dövlət adamları, ekspertlər, jurnalistlər və bloqqerlərin siyahısı hazırlanıb.
Jurnalda həmçinin 2004 və 2010-cu illərdə nüfuzlu Pulitzer mükafatının sahibi olmuş, "Nyu-York Times" qəzetinin jurnalisti Antoni Şadid qələmə aldığı məqaləsində Yaxın Şərq regionundakı son hadisələri, Suriyadakı vəziyyəti, Türkiyənin regiondakı rolunu şərh edir. Burada eləcə də, "Əl-Cəzirə" televiziyasının jurnalisti Ayman Mohyeldinin müəllifi olduğu məqalədə  "Əl-Cəzirə"nin Misir inqilabdakı mövqeyi və ümumiyyətlə Ərəb ölkələrinə bu kanalın islahatçı rolundan bəhs olunur.
Bundan əlavə, dərgidə ADA-nın professoru Randall Bekerin siyasət və media əlaqəsindən bəhs edən məqaləsi, Gürcüstanın məşhur politoloqu Gia Nodiya ilə müsahibə, Türkiyənin Kadir Has Universitetinin sosial media məsələləri üzrə müəllimi İsmail Hakki Polatın Türkiyə cəmiyyətində sosial medianın funksionallığı barədə, Svante Kornelin Cənubi Qafqaz regionundakı münaqişələrdə Rusiyanın rolu və siyasəti mövzusunda, eləcə də Gülşən Paşayevanın “Aland Presedenti”, Stratfor Elmi Korporasiyasının Avrasiya regionu üzrə analisti Yucin Çausovskinin “Avrasiya regionunda sosial medianin geosiyasəti”, SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyevin “Kiber Müharibə: Beynəlxalq Hüquqda Yeni Mərhələ” kimi yazıları və digər məqalələr yer almaqdadır.  
Qeyd edək ki, "Caucasus International" jurnalı təkcə Qafqaz regionunda deyil, dünyada gedən qlobal məsələlərin intellektual müzakirəsini təşviq edir və artıq Türkiyənin kitab satış dükanlarından, www.amazon.com satış saytından, eyni zamanda Bakının kitab mağazalarından  jurnalı əldə etmək mümkündür.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar