Fontu böyüt:
“Hazırda 500 məktəb internet sisteminə qoşulub və gələcəkdə bunun sayı artırılacaq”-bu sözləri Təhsil Naziri Misir Mərdanov bu gün “Təhsildə Əməkdaşlıq” Proqramı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
Nazirin sözlərinə görə, burada əsas məqsəd təhsil İKT-nin tətbiqi və məktəblərin, təhsil ocaqlarının internetə bağlanmasısıdr.
“Birgə Anlaşma Memorandumu məktəblərin internetə qoşulması, məktəblərdə qoşulan kompyuterlərin lisenziya məsələri, müəllimlərin treninq, beynəlxalq tədbirlərdə, olimpiadalarda iştirakını təmin etmək üçün şərait yaradacaq. Bundan əlavə şirkət yeni imkanlar yaratmaq və təhsili daha da təkminləşdirmək üçün yüksək potensilala malik olan 3 əsas istiqamətdə çalışır: “İnnovativ Müəllimlər”, “İnnovativ Tələbələr” və “İnnovativ Məktəblər”. “Microsoft” sıradan olan bir şirkət deyil, bu işdə lider şirkətdir. Ona görə də həmin şirkətlə belə bir əməkdaşlıq haqqında sənədin imzalanmasını uğurlu bir hadisə hesab edirik”, - nazir əlavə edib.