Fontu böyüt:
Windows Media Center üçün yeni pult: üzərinə çıx ki, kinonu göstərsin :)
Müasir dövrdə insanlar rahat həyat yaşamaq arzusu ilə tez-tez yeni ixtiralar edirlər. İxtiradan-ixtiraya da daha asan idarə olunan və daha əyləncəli yeni ideyalar və nəticə olaraq yeni məhsullar meydana gəlir.
Şəbəkədə Windows Media Center`i kompüterə yaxınlaşmadan idarə etmək üçün düzəldilən turist xalçasına bənzər bir məhsulun yeni videoçarxı yayılıb. Onun üzərinə çıxıb gəzmək və böyük ölçülü düymələrini basmaq olar. Üzərindəki düymələr isə elə adi pultdan fərqlənmir: sıfırdan doqquza qədər rəqəmlər, "play", "close" və s. Bu yeni məhsula nə qədər ehtiyac var və nə qədər yayılacaq onu zaman göstərəcək.