Bu ilin ilk rübündə artıq 7 yeni elektron xidmət təsdiq olunub. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Elektron xidmət növlərinin siyahısı”na təsdiq olunmuş həmin 7 yeni elektron xidmət əlavə edilib.
Bu ilin ilk rübündə artıq 7 yeni elektron xidmət təsdiq olunub. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Elektron xidmət növlərinin siyahısı”na təsdiq olunmuş həmin 7 yeni elektron xidmət əlavə edilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin I rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə komitə sədri Kərəm Həsənov deyib.
Onun sözlərinə görə, bunlar dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır.
K.Həsənov, həmçinin bu istiqamətdə həyata keçiriləcək yeniliklərdən danışaraq qeyd edib ki, yaxın zamanda yeni elektron xidmətlərin ictimai təqdimatı və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur. İl ərzində istifadəyə veriləcək digər yeni elektron xidmətlərə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.
Bundan əlavə, komitə sədri bildirib ki, ümumilikdə ötən müddətdə qanunvericiliyə uyğun olaraq elektron imzalar almış hüquqi və fiziki şəxslər tərəfindən komitənin qurumlarına 22 mindən çox elektron müraciət daxil olub. (ICTnews)