Fontu böyüt:
Azərbaycanın xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımovun yeni iki veb-saytı yaradılacaq. Saytın biri Azərbaycanda, digəri isə Kanadada hazırlanacaq.
Beynəlxalq standartlara uyğun olacaq saytlara materiallar Azərbaycan, rus və ingilis dillərində qoyulacaq. Burada A.Qasımovun Azərbaycanda və ölkədən kənarda verdiyi konsertlərdən fraqmentlər, fotolar, onun tərcümeyi-halı və digər məlumatlar yerləşdiriləcək.
Qeyd edək ki, saytların mayın sonlarında istifadəyə verilməsi nəzərdə tutulur. www.azertag.com